Naxçıvanda da sökhasök başlayacaq

Talıbov Muxtar Respublikada zoopark salır

Bakıda başlayan evsökmə, deyəsən, Naxçıvana da sirayət edəcək. Əgər Bakıda evlər “Qış bulvar”ı, neft quyularının olması adı ilə sökülürsə, Naxçıvanda tamam başqa səbəb tapılıb. Naxçıvan “xan”ı Muxtar Respublikada zoopark yaratmaq xülyasına düşüb.
Bölgədəki mənbəmizin dediyinə görə, zoopark Naxçıvan şəhərinin Şəkərabad kəndi istiqamətindəki ərazidə salınacaq. Bu ərazidə isə onlarla evin söküləcəyi gözlənilir. “Vasif Talıbov bir qədər qabaq keçirdiyi müşavirədə zoopark məsələsinə ciddi toxunub. Hətta bildirib ki, Naxçıvandakı zooparka Bakıdakıdan fərqli fil, zürafə kimi heyvanlar gətirtmək niyyətindədir. Hətta bu məqsədlə Minsk zooparkı ilə danışıqlar da aparıldığı bildirilir” – deyə mənbə xəbər verir.  

Mürsəl