mezahir-pen

Məzahir Pənahov referendumdan niyə narahatdır?

mezahir-penMərkəzi Seçki Komissiyasının (MSK) dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov 2016-cı il sentyabrın 26-a təyin edilən referendumla bağlı bir sıra tapşırıq və tövsiyələr verib.

Trend-in məlumatına görə, Azərbaycanda bundan əvvəlki seçkilərin yüksək səviyyədə baş tutduğunu bildirən M.Pənahov deyib ki, heç vaxt arxayınlaşmaq olmaz: “Insan fəaliyyətinin bütün sahələrində problemlər o zaman yaranır ki, arxayınlıq olur və işə laqeyd yanaşılır”.

Məzahir Pənahov vurğulayıb ki, referendum tarixi əhəmiyyət kəsb edən bir prosesdir və bu məsələyə ciddi yanaşılmalıdır: “Burada seçki komissyalarının rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyd yanaşmağa mənəvi haqqı yoxdur”.

Məzahir Pənahovun narahatlığı səbəbsiz deyil. Hələ 2015-ci ildə keçirilən parlament seçkilərdə seçici fəallığı çox aşağı olmuşdu. O zaman böhran yox idi, narazılıq da indiki səviyyədə deyildi. Bununla belə hakimiyyət nə qədər çalışsa da, seçici fəallığı heç 30 faizi aşmadı. Indisə ölkədə ciddi narazılıq var. Ölkə sosial partlayış ərəfəsindədir. Ona görə də MSK sədrində referendumla bağlı narahatlıq var. Əlbəttə, biz iddia etmirik ki, Məzahir Pənahov referendumun baş tutmayacağını elan edəcək. Xeyr, ümumxalq səsverməsi də digər seçkilər kimi saxtalaşdıralacaq. Digər tərəfdən hakimiyyət əhalinin referenduma münasibətini dəqiq bilmək istəyir. Məzahir Pənahovun narahatlığı da bununla bağlıdır. MSK sədri fərqindədir ki, nəticələr ürəkaçan olmayacaq.