Sarkozi “radikal islamçı”ların həbsinə əmr verib, onun diplomatı isə İslam dinini qəbul edib
Fransa hakimiyyəti ölkə ərazisində “radikal islamçı ovu”nu davam etdirdiyi bir vaxtda Küveytdəki konsulundan gözlənilməz xəbər alıb. Bəlli olub ki, konsul İslam dinini qəbul edib. Küveytdəki səfirin səlahiyyətlərini də icra edən diplomatın İslam dinini qəbul etməsi “Əl-Sultan” məscidində çoxlu sayda insanın iştirakı ilə baş verib. Məsciddə ibadət başa çatdıqdan sonra konsul məscidin imamına yaxınlaşaraq İslam dinini qəbul etmək istədiyini söyləyib. Konsulun din xadiminin təlqini ilə Kəliməi Şəhadəti tələffüz etməsi “Allahu Əkbər!” (Təkbir) nidaları ilə qarşılanıb.
Rəsmi Paris məsələni şərh etməkdən boyun qaçırıb. Fransa rəsmiləri məsələnin araşdırıldığını bildirib. Hazırda Fransada İslama münasibətin birmənalı olmadığını nəzərə alsaq, İslamı qəbul edən diplomatı vətənində şübhəsiz ki, “çətin” anlar gözləyir.
Əlavə edək ki, Səudiyyə Ərəbistanındak ali məktəblərdən birində ingilis dili tədris edən kanadalı professor Devid Roy Olek də ötən həftə İslam dinini qəbul edərək müsəlman olmuşdu.
İnformasiya şöbəsi