Bir il əvvəl rus politoloqu Mixail Dmitriyev ölkədə böhranın olacağını proqnozlaşdırmışdı. O zaman siyasi dairələrdə onun bu proqnozunu zarafat kimi qəbul etmişdilər. Bu dəfə o Rusiyanı yaxın gələcəkdə gözləyən prosseslərlə bağlı Almaniyanın “Die Welt” qəzetinə müsahibə verib.
Politoloq bildirib ki, Rusiyada orta sinfin siyasi etibarını qazanmaq məsələsi geridönüşü olmayan prosesdir. Hüquqi dövlətin olmaması, təhlükəsizlik, səhiyyə və təhsildə çatışmazlıqlar orta sinfin əsas tələbləridir. “Ölkədə siyasi elita ilə yanaşı müxalif simalara da etibar azalıb bu isə siyasi qeyri-müəyyənlik vəd edir. Böyük ehtimalla demək olar ki, Rusiyada hakimiyyətin siyasi böhranı davam edir.”
Onun sözlərinə görə, ən əhəmiyyətsiz hadisə belə siyasi sistemi laxlada bilər. Yeni hökümətin uğursuz islahatları, neft qiymətlərinin aşağı düşməsi, xarici siyasətdə münaqişələr buna rəvac verə bilər. Politoloq Rusiyada indiki vəziyyəti “perestroyka” dövründə kommunist hakimiyyətinin vəziyyəti ilə müqayisə edib.
“Siyasi sistem laxlamağa davam edəcəksə, Rusiya vaxtından əvvəl prezident seçkiləri keçirməli olacaq. Bu halda rusları xaos dövrünə qaytarmaqla qorxutmaq olmayacaq”.
azadlıq.info