Annan Suriya üçün əsgər istədi

BMT-nin vvə Ərəb birliyinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan müşahidə missiyası üçün bəzi ölkələrdən əsgər istəyib. Annanın mətbuat katibi Əhməd Fevzi Suriya hökümətinin dünən bəzi şəhərlərdən qoşunları çıxardığını bildirib. Ordunun ilk çıxarıldığı şəhərlər Dera, İdlib və Zabadanidir. Anadolu xəbər agentliyi Kofi Annanın Türkiyədən hələ əsgər istəyinin olmadığını bildirib.

azadliq.info