Rus alimlərinin “Matrix” fantastik filmindən təsirlənərək yaratdığı yeni silah elektromaqnit dalğalar yayaraq insanın sinir sistemini iflic edir. Keçən həftə silahın təqdimatını keçirən Rusiyanın Müdafiə naziri Anatoliy Serdyukov ixtiranı Putinin müdafiə planınının tərkib hissəsi adlandırıb. Rusiyanın 2011-2020 Dövlət Silah Tədarükü Proqramını açıqlayan Serdyukov deyib: “Hazırlanacaq silahlarda fizikanın yeni qanunları nəzərə alınacaq. Bu silahları bir neçə qrupa ayırmaq olar: Birbaşa elektron silahları, dalğa zərbəli elektron silahlar, genetik silahlar və psixotron silahlar”
Ekspertlər bu silahların Putin tərəfindən müxalifətə qarşı işlədilməsindən ehtiyat edirlər. Yeni silah insan bədənininin tempraturunu xeyli yüksəldir və daxili orqanları zədələyir.
azadliq.info