Əli Kərimlinin adından uydurulan məktub gülüş hədəfi oldu FOTO

akarimli-otel-cixisHakimiyyətin ictimai rəyi çaşdırmaq üçün AXCP sədri Əli Kərimlini Fətullah Gülənlə işbirliyində suçlamaq cəhdləri davam edir. Feysbukda şübhəli səhifələrdən biri Əli Kərimlinin Fətullah Gülənə məktub yazdığı haqda uydurma məlumat və guya məktubun fotosurətiymiş kimi saxta mətn paylaşıb.

“Məktubun” hakimiyyətə məxsus “emalatxana”lardan birində çox primitivliklə hazırlandığı ilk baxışdan da hiss olunur. Saxtakarlığı çılpaqlığı ilə ortaya çıxaran isə mətndə Azərbaycan Xalq Cəbhəsi Partiyası əvəzinə Azərbaycan Xalq Cümhuriyyəti Partiyası yazılmasıdır.

Bu saxta mətni Əli Kərimlinin məktubu kimi sırımağa çalışanların məntiqindən belə çıxır ki, Əli Kərimli partiyasının adını düz yaza bilmir.

Hakimiyyətin Əli Kərimliyə qarşı bu növbəti primitiv təxribatı sosial şəbəkələrdə dərhal ironiya obyektinə çevrilib. Çoxlu sayda istifadəçi bu məsələyə toxunaraq, hakimiyyətin hətta saxtakarlığı da düz-əməlli bacarmadığını ələ salıb.