Pərviz Həşimli cərimələndi

perviz-hesimli-yeniBir az öncə Nərimanov rayon Məhkəməsində Gununsesi.info saytının baş redaktoru, sabiq vicdan məhbusu  Pərviz Həşimli ilə milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü Zöhrab Muradov arasında dünən baş vermiş insidentlə bağlı məhkəmə prosesi başa çatıb.

Pərviz Həşimlinin bildirdiyinə görə, məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilib. Məhkəmə prosesində Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təqdimatına əsasən, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olan protokolla əlaqədar P.Həşimliyə və Z.Muradova 50 AZN məbləğində cərimə cəzası kəsilib.

P.Həşimli məhkəmənin qərarı ilə razılaşmadığını və qərardan yuxarı məhkəmə instansiyasına şikayət edəcəyini bildirib.

 

(gununsesi.info)