Asif Yusiflinin maddəsi dəyişsə də cəzası dəyişmədi

asif-yusifli-yeniBu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin məhkəməsi keçirilib. Nizami royon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçən prosesdə Cinayət Məcəlləsinin 178-ci maddəsində edilən dəyişikliyə görə Asif Yusiflinin cəzasının dəyişdirilməsi məsələsinə baxılıb. Vəkil Fəxrəddin Mehdiyevin bildirdiyinə görə, onun barəsində maddənin tövsifi 178.3.2-dən 178.2-yə dəyişdirilib. Lakin həbs müddəti 6 il olaraq saxlanılıb. Yeni maddənin sanksiyasında 5 min manata qədər cərimə və 3 ildən 7 ilədək həbs nəzərdə tutulurdu. Vəkil bildirib ki, Asif Yusiflinin şəxsiyyəti nəzərə alınmaqla ən azından onun cəzası azaldıla bilərdi. Lakin hakim bunu nəzərə almayıb. Qərardan yaxın günlərdə apellyasiya şikayəti veriləcək.