QOÇ
Günü itkisiz başa vurmaq çətin olacaq. Yaxınlarınız sizin baxışlarınızla razılaşmayacaq deyə, görmək istədiyiniz işi də dəstəkləməyəcəklər. Yaxşı münasibət qurmaq üçün ilk növbədə qarşı tərəfin dediklərinə sakit qulaq asmalısınız.
BUĞA
Gözləmədiyiniz məqamda problem yaranacaq. Məsələn, həmişə etibar etdiyiniz adam bu gün sizi təəccübləndirə bilər. Işdə diqqətinizi cəmləyin. Çünki vacib sənədlərin itməsi, yaxud da texniki avadanlığın sıradan çıxması təhlükəsi var.
ƏKIZLƏR
Əgər başqa günlərdə hisslərinizə qulaq asırdınızsa, bu gün bunu etməyin. Ulduzlar bildirir ki, bu gün hissləriniz sizi çaşdıra bilər. Gün həyat eşqinin sönüklüyü ilə müşayiət olunacaq. Yüklərinizi azaltsanız, istirahətə zaman ayırsanız, yaxşı olar.
XƏRÇƏNG
Uğurlu dövr davam edir. Sizi daha gözəl bir gün gözləyir. Müsbət tendensiyaların mərkəzində şəxsi münasibətlər duracaq. Işgüzar müstəvidə də işlər pis getməyəcək. Bürcün bir çox nümayəndələri üçün bu gün köhnə rəqiblərinə qalib gəlmələrilə yadda qalacaq.
ŞIR
Əla gündür, xarakterinizin ən yaxşı tərəflərini nümayiş etdirə bilərsiniz. Kənardan nə qədər çox adam sizə həsəd aparsa, bir o qədər yaxşı olacaq. Bu üzdən də diqqət mərkəzindən qaçmayın. Gün təntənəli mərasimlərin keçirilməsi üçün münasibdir.
QIZ
Günü asan saymaq olmaz. Bu gün sizin üçün vacib olan adam barədə xoşagəlməz məlumat alacaqsınız. Münasibətləri dəyişmək zamanı gəldi. Siz hələ də anlamırsınız ki, layiq olmayan adama yardım etmisiniz.
TƏRƏZI
Günün bir sıra hadisələri sizi sevindirəcək. Bu hadisələr kənardan elə də xoş görünməyə bilər. Məsələ burasındadır ki, siz təkcə baş verənləri deyil, həmçinin onun sonrakı fəsadlarını da düzgün qiymətləndirməyi bacarırsınız. Bu bacarığınız isə boş yerə kədərlənməməyə əsas verir.
ƏQRƏB
Qarşınızda yeni imkanlar açılacaq. Bu imkanlardan asanlıqla istifadə etmək mümkün olacaq. Bir sözlə, siz uğurun arxasınca qaçmayacaqsınız, o özü öz ayağıyla sizə tərəf gələcək. Ailə müstəvisində ortaya çıxan problemləri həll etmək imkanınız yaranacaq.
OXATAN
Qarşınıza qoyulan tapşırıqların öhdəsindən gəlmək asan olmayacaq. Amma sərbəst hərəkət etməlisiniz. Bu gün ətrafınızdakılar ən xırda tənqidlərinizdən də möhkəm inciyəcəklər. Siz isə bu vəziyyətdə özünüzü müdafiə etməkdən tez yorulacaqsınız.
OĞLAQ
Pis gün deyil. Bu gün üçün ən yaxşı xüsusiyyətiniz tam zamanında lazım olan yerə özünüzü çatdırmağınızdır. Sizi sevənlər uğurlarınızla fəxr edəcəklər. Çünki bu gün bir sıra çətinliklərdən qalib kimi çıxacaqsınız.
DOLÇA
Xoşagəlməz gündür. Həyat ritmi aşağı düşəcək, siz də bundan istirahət üçün istifadə edin. Səfərə çıxa bilərsiniz. Yola çıxarkən sükan arxasında olmağınızda heç bir problem olmayacaq. Günün ikinci yarısında maraqlı tanışlıq gözlənilir.
BALIQLAR
Problemləriniz az olmayacaq, halbuki, çətinliklərdən qaçmaq mümkün idi. Əgər bir balaca müşahidə qabiliyyətinizi işə salsaydınız, bunlar baş verməzdi. Bəziləri sizin dostlarınızın siyahısına düşmək üçün diqqətinizi çəkmək istəyəcəklər.

Günün ulduz falı (05.04.12)
•