ulduz fali

BÜRCLƏR – 19.08.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

QOÇ

Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi “Qoç”lar düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə əsdikləri münasibətlərə son qoyurlar.

BUĞA

Kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar.

ƏKİZLƏR

Siz öz prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz. Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane edəcək, hətta sevindirəcək.

XƏƏNG

Əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qədər yüksək olsa, o qədər yaxşıdır.

ŞİR

Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox “Şir”lər üçün dalandan çıxış yolu olacaq.

QIZ

Intuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın.

TƏRƏ

Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq.

ƏQRƏB

Uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox “Əqrəb”lər sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır.

OXATAN

Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz.

OĞLAQ

Gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq.

DOLÇA

Inadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox “Dolça”ları bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşiman olmayacaqlar.

BALIQLAR

Sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o sıradan başqa yerə köçmək və ya tikinti üçün münasibdir.