ABŞ-ın BMT-dəki səfirindən Azərbaycana çağırış

Samantha“Azərbaycan hakimiyyətini jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmağa və müxalifət fəalı Natiq Cəfərlini və azadlıqlarından istifadəyə görə həbs olunmuş digərlərini azadlığa buraxmağa çağırıram”.

Bunu Birləşmiş Ştatların BMT-dəki səfiri Samantha Power “Twitter” hesabında yazıb.

Avqustun 12-də Respublikaçı Alternativ (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamlarıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib. REAL-ın daha 2 üzvü, Toğrul İsmayılov və Elşən Qasımov polisə tabe olmamaqda təqsirli bilinərək hərəsi 7 sutkalığa həbs olunub. NİDA-çı gənc Elgiz Qəhrəman barəsində isə narkotik maddələrlə bağlı ittihamla 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha öncə ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Xarici işlər İdarəsi bəyanatlar verərək bu həbslərdən narahat olduqlarını dilə gətiriblər.