“Barselona” və “Bavariya” yarımfinalda

Bu gün Çempionlar Liqasının (ÇL) ilk 2 yarımfinalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarına Barselona və Münhendə start verilib.

Matçlardan ən çox maraq kəsb edən “Barselona” – “Milan” oyunu birincilərin qələbəsi ilə yekunlaşıb. Oyunun qəhrəmanı son 3 ildə dünyanın ən yaxşı futbolçusu olan Lionel Messi olub. Argentinalı hücumçu artıq ilk 2 hissədə təyin olunan 2 penalti zərbəsini dəqiq yerinə yetirib. “Milan” ilk dəfə hesabı bərabərləşdirməklə, onu yarımfinala çıxaran nəticəni müəyyənləşdirsə, digər 2 dəfə buna gücü çatmayıb. ÇL-nin son qalibi 2-ci hissənin əvvəlində bu dəfə oyundan qol vurmaqla, qələbəsini müəyyənləşdirib.

İkinci cütdə sensasiya baş verməyib. “Bavariya” “Marsel”i səfərdə olduğu kimi, evdə də 2:0 hesabı ilə yenib. Bununla da münhenlilər öz stadionundakı final oyununa doğru daha bir addım atıb.

3 aprel

“Barselona” (İspaniya) – “Milan” (İtaliya) – 3:1
Messi, 11; 41 (hər ikisi penaltidən); İnyesta, 53 – Noçerino, 33
İlk oyun – 0:0

“Bavariya” (Almaniya) – “Marsel” (Fransa) – 2:0
Oliç, 11; 35
İlk oyun – 2:0