ABŞ başına 10 milyon dollar mükafat qoydu

ABŞ 2008-ci ildə Hindistanın Mumbay(Bombey) şəhərində törədilən terror aktının səbəbkarı kimi ittiham olunan “Ləşkəri Tayyibə” təşkilatının lideri Hafiz Səidin başına 10 milyon dollar mükafat qoyub. Rəsmi Vaşinqton “Ədalət mükafatları” adlı saytında Səidin köməkçisi Əbdülrəhman Makki üçün də 2 milyon dollar mükafat təklif edib. “Ləşkəri Tayyibə” 90-cı illərdə Hindistana təzyiq etmək üçün Kəşmirdə qurulan təşkilatdır. 2002-ci ildə ABŞ-ın təzyiqi ilə Pakistan təşkilatı qadağan etmişdi. Qadağalara baxmayaraq, Səid və köməkçisinin sərbəst fəaliyyət göstərdiyi iddia edilir.

azadliq.info