Qəddafinin baldızı 10 kiloqram qızılla yaxalandı

Aprelin 2-də axşam Misir gömrükçüləri Es-Salyum gömrük-keçid məntəqəsində Liviyanın qətlə yetirilmiş lideri Müəmmər Qəddafinin baldızı Səlma Farkaş və ərini saxlayıblar. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafinin qohumlarının avtomobilindən 10 kiloqrama yaxın qızıl və zinət əşyası tapılıb.

Səlma Farkaş və əri saxlanılıb. Onların işi Misir Prokurorluğuna verilib. Prokuror Səlma Farkaş və ərini azadlığa buraxıb. Amma Misirə qanunsuz qızıl və zinət əşyaları keçirdikləri üçün onlar 300 min dollar ödəməlidirlər. Bu məbləğ ödənənə qədər Səlma Farkaş və ərinin qızıl və zinət əşyaları Es-Salyumda qalacaq.

azadliq.info