Rusiya qoşunları uzun müddətdir Ukrayna ilə sərhəddə şübhəli yerdəyişmələr edir. Görünür Putin başqa başqa məsələlərə qarışan Qərbin başını bişirmək istəyir. Bu da ilk dəfə deyil. Bunu Die Welt-in şərhçisi Rixard Hirtsinger yazıb.
Putin Kiyevin Krımda terrora cəhdi etdiyini deyib və cavab addımı atacağı ilə hədələyib. “Hər şey elə görsənir ki, sanki Putin bütün süni təbliğatla yeni hərbi təcavüz yaxud irimiqyaslı əməliyyat hazırlayır”, – Hirtsinger proqnozlaşdırır.
“Kreml rəhbərinin ərazisini işğal və qoşun yerləşdirdiyi etdiyi Ukraynanı hansı həyasızlıqla “terrorda” ittiham etməsi barədə çox danışmaq olar. Bundan əlavə bu Putinin siyasətçilər yay tətilə çıxdığı, yaxud daha böyük beynəlxalq hadisələrə başları qarşıdığı vaxtda Qərbin başını bişirmək taktikasına daxildir”, – deyə o vurğulayıb.
Putin Gürcüstana hücum əmrini 2008-ci iloin avqust ayında verdi. O vaxt nüfuzlu Qərb siyasətçiləri çimərlikdə yaxud dağlarda dincəlirdi. Krımın işğalı 2014-cü ildə keçirilən Soçi olimpiadasının son günlərinə təsadüf etdi. “Daha çox soyqırıma oxşayan Suriyadakı hərbi kampaniyasının köməkliyi ilə Putin hərbi maşınının paslanmasına imkan vermir”, – deyə məqalədə qeyd olunur.
“Qərb indiyə qədər Putinin hərbi cinayətlərinə və onun agressiv şantaj siyasətinə qətiyyətli müqavimət göstərməyib. Türkiyə prezidenti Ərdoğan ölkəsinin sərhəddini pozan Rusiya bombardımançısını vurmaqla Putinə həddini göstərməyi risk etdiyi. Cavabında nə gördük? O, Kremlə təzimə getməli oldu. Onda niyə də Putin eyni qaydada davam etməsin?” – deyə Hirtsinger hiddətini gizlətmir.
Müəllifin sözlərinə görə, indi Putini sülh yoluna sözlə qaytarmağın mümkünlüyü ilə bağlı boş arzular və illüziyaları unutmağın əsl vaxtıdı. Qərb bütün qüvvəsi ilə və bütün səviyyələrdə Ukraynanı dəstəkləməlidir. Burda sərt və aydın diplomatiya ilə yanaşı Ukrayna ordusunun effektiv silahlandırılması və öyrədilməsi də qeyd edilməlidir.
azadlıq.info



