ulduz fali

Günün ulduz falı (01.04.12)

QOÇ
Gün daha çox maraqlı tanışlıq, ünsiyyət və ya görüş baxımından əlverişlidir. Diqqət mərkəzində olacaqsınız və bundan yorulmayacaqsınız. Ünvanınıza kifayət qədər xoş sözlər eşidəcəksiniz.
BUĞA
Ehtiyatlı olun. Yaxşı olar ki, bu gün xırda məsələlər üzərində köklənəsiniz, xoşunuza gəlməyənləri dəyişəsiniz. Qohumlarla aranızda xoşagəlməz münasibət yaşanacaq. Ulduzlar sizi öz mövqeyinizi müdafiə etməyə çağırır.
ƏKIZLƏR
Gün maliyyə itkisilə bağlı olacaq. Bir sözlə, pulla bağlı söhbətlərdə ehtiyatlı olun, sövdələşmələri imzalamayın. Əmlakla bağlı planlarınızı dəyişməyə hazır olun. Ehtimal ki, bu gün uğurlu səfəriniz olacaq.
XƏRÇƏNG
Gün şərikli iş birliyi üçün münasib deyil. Bu sferada neqativ küləklər əsəcək. Rəyinə dəyər verdiyiniz adam sizə dəstək olacaq. Yeni dost tapacaqsınız. Münasibətlərin romantik məcrada inkişaf edəcəyinə ümid etməyin.
ŞIR
Böyük miqyaslı planlar qurmaq üçün yaxşı gündür. Xırda, gündəlik işlərdən bezəcəksiniz. Yaxşı olar ki, belə işləri bu gün təxirə salasınız. Romantik tanışlıq üçün əlverişli zamandır.
QIZ
Səyləriniz nəticəsində gəlirinizi artıracaqsınız. Hələ bu, başlanğıcdır. Çalışqanlığınızı yarı yolda qoymasanız, bu ruhda davam etsəniz, əməkdaşlıqla bağlı maraqlı təkliflər alacaqsınız.
TƏRƏZI
Təəssüf ki, bu gün istəmədiyiniz işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Gün sizi gah güldürüb, gah da ağladacaq deyə, qəribə hisslər yaşayacaqsınız. Başlıcası, əllərinizin işdən soyumaması, başladığınız işi sona çatdırmaqdır.
ƏQRƏB
Işləriniz qaydasında gedir, qısa fasiləli maliyyə çətinliyi ilə barışmalı olacaqsınız. Ehtiyatlı olun: mövqeyinizi möhkəmləndirmək məqsədilə atdığınız addım itki ilə nəticələnə bilər. Şəxsi müstəvidəki işlərinizə nəzər salın.
OXATAN
Bu gününüz böyük planlar üçündür, xırda işləri kənara qoyun. Fəal işgüzarlığınız gücünüzü tükəndirir. Xoşbəxtlikdən həyat eşqiniz tükənməzdir.
OĞLAQ
Böyük önəm verdiyiniz əlaqələr ümidlərinizi doğrultmayacaq. Köməyinə arxalandığınız adamlar dadınıza yetməyəcək. Yaxınlarla aranızda ciddi mübahisə düşəcək. Iki yolunuz var: ya açıq müharibəyə girişməli, ya da güzəştə getməli.
DOLÇA
Bürcün nümayəndələri bu gün maraqlı həmsöhbət olacaqlar. Ancaq söhbət işgüzar münasibətlərə gəlincə, bunu söyləmək olmaz. Istəmədən planlarını pozduğunuz ən yaxın adamınızla mübahisəniz düşəcək.
BALIQLAR
“Balıqlar” gün boyu özlərini doğrultmağa çalışacaq, şübhələri üzərindən götürmək üçün hər addımda hesabat vermək, nələrisə etiraf etmək məcburiyyətində qalacaqlar. Bir sözlə, yorucu gündür. Gələcəklə bağlı planlar qurmağa tələsməyin.