AŞ insan haqları komissarı ölkədəki korrupsiya və hüquqsuzluqdan danışıb
Böyük Britaniyanın məşhur “The Guardian” qəzetində Azərbaycan hakimiyyətini ifşa edən növbəti məqalə yayımlanıb. Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq qəzetə açıqlamasında keçmiş possovet ölkələrində korrupsiyanın durumu, insan haqları və qanunun aliliyi sahəsindəki problemlərdən danışıb.
Hammerberq açıqlamasında digər ölkələrlə yanaşı Azərbaycanda korrupsiyanın səviyyəsinin yüksək olduğunu söyləyib. Avropa Şurasının komssarı qanunun aliliyiylə bağlı açıqlamasında deyib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti məhkəmə hakimiyyətinin müstəqilliyinə inanmır.
azadliq.info