ulduz fali

BÜRCLƏR – 12.08.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

QOÇ

Işlə bağlı məsələlərin, o sıradan çətin problemlərin həlli üçün uğurlu gündür. Işgüzar intuisiyanız çox kəsərli və iti olacaq. Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə “yardımçı” olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın.

BUĞA

Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq. Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər alacaqsınız. Maliyyə situasiyası stabil deyil. Planlaşdırılmamış məsrəflər ola bilər. Məət və ofis texnikasının nasazlığı, sıradan çıxması mümkündür.

ƏKİZLƏR

Günün emosinal fonu o qədər də uğurlu deyil və bu səbəbdən də ehtiyatlı olun. Sayıq, sərfat davranın, təmkinli və soyuqqanlı rəftar edin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdəəyyən sərinlik yarana bilər. Özünüzdən də narazısınız. Lakin elə hərəkət edin ki, münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın.

XƏƏNG

Hadisələrin məcrası dəyişəcək, pozitiv təmayüllərin təsir gücü artacaq. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb. Aktiv işə başlayın. Fantaziyalar və xülyalarınızla vidalaşın, real planlar qurun. Yaşam arealınızı qaydaya salın.

ŞİR

Uğurlu işlər üçün düşərli gündür. Sizi məcradan çıxara biləcək, pərişan edəcək hadisələr yoxdur. Planlara çox kiçik düzəlişlər tələb olunur. Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin yollarını düşünün. Işgüzar danışıqlar uğurlu olacaq.

QIZ

Müzakirələr, sövdələşmə və anlaşmalar da pis nəticələr verməyəcək. Romantik görüş, hisslərin etirafı üçün əlverişli vaxtdır. Emosiyaların və yaşantılarınızla bağlı ciddi düşünə bilərsiniz. Maliyyə fonu yaxşıdır. Gəlir, görülən işə görə ödəniş istisna deyil. Alış-verişdə simiclik etməyin. Alacağınız əşyalar xeyirlidir.

TƏRƏ

Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya fərqli işə başlamaq olar. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin sizə təklif etdiyi yardımdan bəhrələnin. Maliyyə məsələlərində sayıq və dəqiq olun. Planlaşdırılmamış xərclər etməyin.

ƏQRƏB

Qəfil hadisələr, gözlənilməz olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz. Planlarınızı korrektə edin. Həmkarlar, rəhbərlik və tərəf-müqabillə münasibətlər yaxşılığa doğru dəyişir. Peşəkar mövqeləriniz daha da səbatlı olur.

OXATAN

Zahiri görünüşünüzə xüsusi fikir verin. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin. Alış-verişdə bədxərclik etməyin, gərək olduğundan artıq pul xərcləməyin. Bu gün bir qədər qənaətli davranın.

OĞLAQ

Bütün işlər dərhal alınmasa da, geri çəkilməyin, ruhdan düşməyin. Bacarıqlarınızı nümayiş etdirin, qətiyyətli olun və belədə danışıqlarda uğur əldə edə bilərsiniz. Şəxsi məsələləri iş obyekti ilə qarışdırmayın.

DOLÇA

Kiçik səhv edən iş yoldaşı və ya yaxınınıza hirslənməyin. Səbrli, soyuqqanlı olun. Istənilən iş bu gün ehtiyatlı və sərvaxt davranışı tələb edir. Çalışdığınız texnikada nasazlıqlar yarana bilər. Maliyyə itkiləri riski var. Alış-veriş üçün əlverişli gün deyil.

BALIQLAR

Planlarda ciddi dəyişiklik etmək gərəkdir. Əsəbiləşməyin. Zəruri işləri yerinə yetirin. Günün ikinci yarısına qədər işlərin böyük qisminin öhdəsindən gəlməyə çalışın.