Dünyanın ən hündür və uzun körpüsü (VİDEO)

Çində dünyanın ən uzun və ən hündür körpüsünün tikilməsi prosesi yekunlaşıb. “Telegraph” agentliyinin verdiyi xəbərə görə, “Aizhai” adlanan körpü 1176 metr məsafə aralıda yerləşən iki tuneli birləşdirir və Dehang kanyonundan 355 metr hündürlükdə yerləşir.

Körpünün tikinti işləri 2007-ci ilin oktyabr ayında başlayıb və əsas hissələrin tikintisi 2011-ci ilin sonlarında başa çatıb (ans press).