Bankların vəziyyəti iyun ayında daha da ağırlaşıb

nemet-eliyev1Banklar bu bir ayda xarici valyutada saxlanan depozitlər üzrə 367 milyon dollar itkiyə məruz qalıb. Maliyyə təşkilatlarına məxsus depozitlər 168 milyon, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər 186 milyon, əhaliyə məxsus əmanətlər isə 13 milyon dollar azalıb.

Manatla saxlanan bank depozitləri iyunun sonuna olan vəziyyətə görə (iyulun sonu ilə müqayisədə) 173 milyon manat artsa da, dollara nəzərən alıcılıq qabiliyyətini 98 milyon dollar məbləğində və ya 3%-dən çox itirib. İyul və avqustun 1-ci ongünlüyündə bu itki məbləği daha da böyüyüb. Bu günə olan məzənnə ilə hesabladıqda manatla saxlanan depozitlər 7,3%-dən çox itkiyə məruz qalıb.

 

Yazı iqtisadçı-ekspert Nemət Əliyevin facebook səhifəsindən götürülüb