Rövnəq Abdullayev Yunanıstanın dövlət şirkətini almaq istəyir

Yunanıstanın DEPA dövlət qaz şirkəti özəlləşdirməyə çıxarılıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, DEPA-nı almaq istəyən 12 ölkəyə məxsus 17 şirkət artıq ərizə verib.

Bu şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də var. DEPA-nın potensial alıcıları arasında İtaliya, Rusiya, Yaponiya, İsrail, Əlcəzair şirkətləri də var. Yunanıstan hökumətinin DEPA-nı satışa çıxarmasında əsas məqsəd Avropa Birliyi tərəfindən ölkəyə əlavə maliyyə yardımı ayırmasına nail olmaqdır.