ABŞ ordusu iki kəşfiyyat robotunu sınaqdan çıxarıb. Bunlardan biri “Sand Flea” (Qum birəsi) adlanan, 9 metr hündürlüyə tullana bilən robot, digəri palçıqda, dağlıq ərazidə, suyun altında hərəkət edə bilən “Rhex” adlı robot-tarakandır. 13 kiloqram çəkisi, 6 ayağı olan “tarakan” müşahidə kamerası və 6 saat dayanmadan işləyən akkumlyatorla silahlanıb.
“Sand Flea” (Qum birəsi) 4,9 kiloqram ağırlığında dörd təkərli qurğudur. O, 9 metr hündürlüyündə binanın üstünə tullana bilər. Bunun üçün o sıxılmış karbon qazı işlədir. ABŞ ordusu ixtiraları Əfqanıstanda işlətməyi planlaşdırır.