Mitinq üçün 2,5 milyon Türk bayrağı, 1,5 milyon papaq, 3 mindən çox plakat ayrılıb
ABŞ Gülənin ekstradisiyası ilə bağlı Ankaradan gələn sənədləri araşdırır
Sabah Istanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə izdihamlı Demokratiya və Şəhidlər mitinqi keçiriləcək. Yeniqapı mitinq meydanında baş tutacaq mitinqə 3 milyon insanın qatılacağı gözlənilir. Mitinqə gələnlər üçün 6 milyon əl elanı, 3 min 200 plakat, 5 milyon butulka su, 1,5 milyon papaq, 2,5 milyon Türkiyə bayrağı, 150 səyyar tualet nəzərdə tutulub. Ərdoğan verdiyi açıqlamada mitinqdə Türkiyə bayrağı ilə yanaşı, iştirakçıların Azərbaycan və Şimalı Kipr Türk Cumhuriyyətinin bayrağını da qaldıra biləcəyini deyib.
54 generator, 20 səsyacı qüllə…
Mitinqin keçiriləcəyi meydanda quraşdırılan səhnənin sahəsi 60 x16 metr böyüklüyündədir. Səhnədə 54 elektrik generatorundan, 20 səsyayıcı qüllədən, 1 milyon vat gücündə səs sistemindən istifadə ediləcək.
Mitinqin keçiriləcəyi ərazidə texniki məsələləri (təmizlik, paylama, texniki təşkilatçılıq və s.) həll etmək üçün 13 min işçi cəlb edilib. Mitinq vaxtı 102 həkim briqadası ilə yanaşı, 1 gəmi və 1 helikopter ambulans da hazır vəziyyətdə xidmət göstərəcək. Ərazidə ümumilikdə 728 nəfərlik tibbi heyət olacaq və fövqəladə hallarla bağlı 20 yanğınsöndürmə maşını startda gözləyəcək.
Kılıçdaroğlu da razılıq verdi
Mitinqə müxalifət liderlərinin də qatılacağı dəqiqləşib.ÿ Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıdan sonra Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu da mitinqə qatılacağını bəyan edib. Dünən keçirilən toplantıdan sonra CHP lideri mitinqdə iştirak etməklə bağlı qərar verib. Bir gün əvvəl Türkiyənin baş naziri, hakim Ədalət və Inkişaf Partiyasının sədri Binəli Yıldırım CHP liderinə zəng edərək onu növbəti dəfə mitinqə dəvət etmişdi(lent.az).
Türkiyə Putinə təşəkkür etdi
“Türkiyə dövlət çevrilişi cəhdindən sonra Rusiya prezidenti Vladimir Putinin ifadə etdiyi dəstəyi məmnunluqla qarşılayıb”.
Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi Ibrahim Kalın bildirib: “Cənab Putinin prezidentimizə telefon zəngi çox mühüm mesaj oldu. Rusiya prezidenti Türkiyə demokratiyasını dəstəklədiyini qeyd edərək dövlət çevrilişi cəhdinə öz mövqeyini bildirib. Biz Rusiya Federasiyasına bu məsələ ilə bağlı aydın və qəti mövqe tutduğuna görə minnətdarlığımızı bildiririk”.
Onun sözlərinə görə, çevriliş cəhdinin qarşısı alındıqdan sonra Türkiyə demokratiyası daha da möhkəmlənib: “Çevriliş cəhdinin qarşısı alındıqdan sonra Türkiyədə siyasi liderlik və hakimiyyət güclənib, onların demokratik legitimliyi möhkəmlənib. Bu kontekstdə Rusiya ilə münasibətlər də normallaşacaq və möhkəmlənəcək”.
I.Kalın prezidentinin rəsmi nümayəndəsi Türkiyə sərhədlərindən kənardakı bəzi dairələrin qiyamçıları dəstəklədiyini də qeyd edib: “Türkiyənin milli maraqlarına əsaslanmış xarici siyasətindən və onun regional qüvvə statusundan narahat olan bəzi dairələr çevriliş cəhdinə dəstək veriblər. Lakin, xalqımızın cəsarəti, həmrəyliyi və birliyi sayəsində biz FÖTO-nun hərbi geyimdəki terrorçularının demokratiyamıza və sabitliyimizə vurmaq istədikləri zərərin qarşısını ala bildik”. ÿ
Mark Toner: “Türkiyənin göndərdiyi sənədlər…”
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyənin təqdim etdiyi sənədlər üzərində çalışdıqlarını bildirib. Anadolu agentliyinin məlumatına görə Toner gündəlik mətbuat konfransında Fətullah Gülənin ekstradisiyası ilə bağlı onlara müxtəlif sayda dosyenin çatdığını və ABŞ Ədliyyə Nazirliyinin bu sənədlərin rəsmi ekstradisiya şərtləri ilə üst-üstə düşüb düşmədiyini araşdırdığını bildirib.
Mark Toner sənədlərin araşdırılmasının müəyyən qədər vaxt alacağını deyib.
“ABŞ məmurları Fətullah Güləni Türkiyəyə təhvil verməyi planlaşdırmır”.
Bu xəbəri “Wall Street Cournal”ÿqəzeti etibarlı mənbəyə əsasən yayıb. Qəzetin məlumatına görə, ÿTürkiyə və ABŞ rəsmiləri şəxsi təmaslarda Gülənin ekstradisiyasının müxtəlif ssenarilərini müzakirə ediblər. Lakin Ankara hələ ki amerikalı məmurları inandıra bilməyib.
Mənbənin sözlərinə görə, türk hakimiyyəti Güləni çevriliş cəhdində nə qədər çox ittiham edirsə, onun ekstradisiyasının mümkünlüyünə inam ÿbir o qədər azalır. Qəzet bildirir ki, Gülənlə bağlı son qərar hələ qəbul edilməyib. Və danışıqlar bir neçə ay uzana bilər.
“Təmizləmə” davam edir
Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasında (TÜBITAK) 139 nəfər işdən çıxarılıb(report). Bu barədə Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü jurnalistlərə bildirib.ÿOnun sözlərinə görə, qurumda daha 28 nəfər istefa verib:ÿ”Bununla da TÜBITAK-da işdənÿçıxanların sayı 167-yə çatıb. Bundan əvvəl nazirlik olaraqÿ 560 əməkdaşı vəzifədən kənarlaşdırmışıq. Nazirliyimizdən 63 nəfər işdən çıxarıldı vəÿdövlət qulluğundan xaric edildi. Bundan başqa,ÿTürkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyininÿ tabeliyində olan Kiçik və orta sahibkarlığınÿ inkişaf etdirilməsi və dəstəklənməsi Idarəsinin 47 əməkdaşı da işdən çıxarılıb və ÿdövlət qulluğundan xaric edilib”.ÿ
Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra dövlət müəssisələrində çalışanÿ70 minə yaxın şəxs sərəncama göndərilib və ya işdən çıxarılıb.ÿ
“The Economist”: “Ərdoğanın sultansayağı hakimiyyəti…”
Britaniyanın “The Economist” nəşri Türkiyədəki son olayları yenidən gündəmə gətirib.ÿQəzet yazır ki, indi Türkiyə siyasəti və mədəniyyətində Osmanlı imperiyası dəbdədir: “Sultan Süleymanın həyatı barədə 2011-ci ildə çəkilmiş ”Möhtəşəm yüz il” serialı beş mövsüm ərzində 47 ölkdədə böyük tamaşaçı auditoriyası toplayıb. Elə bu müddətdə prezident Rəcəb Tayyib Ərdoğanın sultansayağı hakimiyyəti daha aqressiv olub. Ölkənin keçmişi təbliğ olunarkən Osmanlı sülaləsinin tənəzzülünə səbəb olanlar – irqi gərginlik və Birinci Dünya Müharibəsi unudulur. Halbuki bunların nəzərdən keçirilməsi müasir Türkiyənin parçalanmalara məruz qalmasının səbəblərinə işıq sala bilərdi. Indi Türkiyədə Osmanlı imperiyasının Birinci Dünya Müharibəsində məğlubiyyətini 1923-cü ildə küldən törəmiş müasir respublikaya keçid kimi unutmağa çalışırlar”.
Müəllif yazır ki, bu unutqanlıqda iki məqam arasındakı əlaqə də itib-batır: “Osmanlı ordusu 5 cəbhədə döyüşdüyü halda onun ərazisində müstəqillik hərəkatları güclənirdi. Müharibədəki məğlubiyyət Osmanlı imperiyasına son qoymuş və bundan doğan çoxsaylı regional millətçiliklər miras qalmışdır”.
Osmanomaniya
Məqalədə deyilir ki, islami imperiya keçmişinin yad edilməsi hökumətin yeni milli siyasətinin istiqamətini göstərir: “Islamı Türkiyə siyasətinin mərkəzinə çevirmək, Yaxın Şərqin keçmişlərdə Osmanlı imperiyasına aid olmuş yerlərini təsir altına almaq və daha çox sultanlığı ehtiva edən prezidentlik sistemini inkişaf etdirmək. Osmanomaniya yüksəlişdədir. Lakin imperiyanın son müharibəsinin tarixi öyrənilmir.
Istanbulda açılmış “Birinci Dünya Müharibəsi” sərgisi də bir sıra yeni eksponatların, tarixi fotoşəkillərin ekspozisiyasına baxmayaraq həmin müharibədəki məğlubiyyətdən nə kimi nəticə çıxarılmalı olduğuna da işarə etmir”.
“The Economist” yazır ki, baş tutmamış çevriliş cəhdi və bunun ardınca baş verən siyasi hadisələrdən sonra mədəniyyət məsələləri çətin ki bir müddət Türkiyə gündəmində olsun: “Çox güman ki, 2018-ci ilədək keçiriləcək bütün yüzillik yubileyləri də hakim partiyanın osmanlı üslubundan kənara çıxmayacaq”.



