merkezibank

Mərkəzi Bank dolların qarşısında aciz qalıb

merkezibankGünlük 500 milyona çatan tələbatın yenə 9%-i ödənildi

Ekspertə görə, hazırda Azərbaycanda dollar qıtlığı yaranıb və dollara böyük ehtiyac var

Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə dünən keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsinin həcmi 50 mln. dollar təşkil edib.

Hərraca çıxarılmış vəsaitdən 49,4 mln. dollarlıq məbləğ 28 kommersiyaÿbankına satılıb.

Hərracda kommersiya banklarının valyuta tələbatının yalnızÿ 9%-i ödənilib.

Hazırda manatın dəyər itirməsi 3 günə bir qəpik intervalı üzrə gedir. Bu isə o deməkdir ki, bir ay ərzində manatı 10 qəpik ucuzlaşma gözləyir. Halbuki mayın 26-dan sonra manatın hər gün ucuzlaşması iki ay ərzində ümumilikdə 10 qəpik etmişdi.

Dünən Mərkəzi Bank iş günün sonuna dolların avqustun 5-nə rəsmi məzənnəsini 1,5980 AZN/USD səviyyəsində müəyyən etdi. AMB-dən verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir. Qeyd edək ki, avqustun 4-nə rəsmi məzənnə 1,5947 AZN/USD səviyyəsində olub.

Bankların tələbatının ödənilməməsi iqtisadiyyata nə vəd edir? Bizi qarşıda hansı fəsadlar gözləyir?

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev bildirdi ki, hazırda Azərbaycanda dollar qıtlığı yaranıb və dollara böyük ehtiyac var. Azərbaycanda uzun müddət tədiyyə balansının müsbət olduğunu deyən S.Əliyev vurğuladı ki, bu da neft gəlirlərinin hesabına baş verib: “Azərbaycanda ötən ildən başlayaraq tədiyyə balansı mənfi olub. Bu ilin ikinci rübü hələ açıqlanmasa da, böyük ehtimal ilə o da mənfi olacaq. Neftin ucuzlaşması və ölkənin neftdən kənar ixracının olmaması bu cür vəziyyət yaradıb. Ölkədən dolların daha çox çıxması manatı təzyiq altında saxlayacaq. Manatın hazırkı məzənnəsinin saxlanılmasında Mərkəzi Bankın rolu var. Mərkəzi Bank iqtisadiyyat üçün xoşagəlməz, iqtisadi fəallığı aşağı salan addımlar atır. Pul kütləsinin sıxılmasıyla biznesin vəziyyəti daha da ağırlaşıb. Amma bu vəziyyət uzun sürə bilməz. Mərkəzi Bank əvvəl-axır pul kütləsini artırmalıdır. Böhran vəziyyətində çıxış yolu iqtisadi aktivliyi artırmaqdır”.

S.Əliyevin sözlərinə görə, ABŞ və Avropada böhran vaxtı hökumətin ilk addımı iqtisadiyyatı ucuz pul kütləsi ilə təmin etmək oldu. Amma Azərbaycanda bir tərəfdən böhran dərinləşir, digər tərəfdən də iqtisadiyyat sıxılır. Belə bir vəziyyət isə iqtisadiyyatın daha da çökməsini sürətləndirir. “Mərkəzi Bank iki dəfə səhv addımdan sonra nəhayət, üçüncü dəfə manatı tədricən ucuzlaşdırmaq kursu seçib. Halbuki, bunu əvvəlcədən etməli idi. Bu proses davam edəcək. Birinci yarım ilin büdcəsində kəsir yarandı. Bu kəsirin yaranmasına səbəb Neft Fondunun büdcə qarşısında öhdəliyini yerinə yetirməməsi oldu. Belə bir vəziyyətdə manatın indiki səviyyədə qalması sərf etmir. Ən azı sentyabra qədər ciddi məzənnə dəyişikliyi gözləmirəm. Referenduma qədər bu baş verməyəcək. Amma həmin dövrə kimi manatın ucuzlaşması davam edəcək. Ayın sonuna qədər manatın məzənnəsi 1.65-ə qalxacaq. Düşünürəm ki, ilin sonuna qədər məzənnə 1.80 səviyyəsində olacaq. Təbii ki, əgər ciddi bir proses baş verməsə. Əgər neftin qiyməti 35-30 dollara düşərsə, manatın daha çox ucuzlaşması baş verəcək”.

Xəyal