Ərdoğan xalqdan üzr istədi: “FETÖ-yə biz də kömək etmişik…”

erdoganTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan avqustun 3-də keçirilən bir konfransda Fətullah Gülən və onun lideri olduğu təşkilatla bağlı maraqlı açıqlamalar verib. R.T.Ərdoğan “camaat”ın əsl üzünü vaxtında xalqa göstərə bilmədiyinə görə üzrxahlıq edib:

Gəlin açıq danışaq, rəhmətlik Turqut Özal da, Bülent Ecevit də, hətta biz də onlara kömək etmişik. Şəxsən mən də qatılmadığım tərəfləri olsa da, onlara yardımçı olmuşam. Hər şeyə rəğmən bu xain təşkilatın gerçək üzünü daha əvvəldən ortaya çıxara bilmədiyim üçün təəssüflənirəm. Buna görə, həm Allaha, həm də millətə hesab verməli olduğumuzu da bilirəm. Millət bizi əfv etsin”.

Türkiyə prezidenti sözlərinə belə davam edib: “Ölkə içində və xaricdə təhsilə və yardım fəaliyyətləri çərçivəsində “Allah-Allah” dedikləri üçün anlayış göstərdik. Fikirləşdik ki, ortaq tərəflərimiz var. Eyni mənzilə gedən iki ayrı yolun olduğunu düşündüyümüz bu cərəyanın tamamilə başqa və gizli həyata keçirilən planının olduğunu görə bilmədik”.

Ərdoğan ölkəsində son 3 ildə çox vacib proseslərin getdiyini və 15 iyul hadisələri ilə bu prosesin kulminasiya nöqtəsinə çatdığını deyib.

Prezident əlavə edib ki, Türkiyədə dövlət çevrilişi ilə əlaqəsi olan hər kəs dövlət qurumlarından xaric edilməlidir: “Son hadisələrin iştirakçıları arasında on minlərlə yüksək vəzifə sahibi var. Dövlət çevrilişinə cəhd zamanı Türkiyə dünya demokratiyasının indiyədək görmədiyi fərqli mənzərəni ortaya qoydu”.