Apellyasiya Məhkəməsində şair Saday Şəkərlinin şikayətinə baxılıb. Məhkəmə onun cəzasını 10 ildən 5 ilə endirib. Onun ittiham olunduğu CM-nin 182.2.3 maddəsi 182.2.2 maddəyə tövsif edilib. Həmçinin Saday Şəkərli xüsusi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülür.
Xatırladaq ki, Saday Şəkərli AR Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirlədirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.05.2016-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Saday Şəkərli hesab edir ki, onun həbsi yazdığı “Qurd ürəyi” hekayəsi ilə bağlıdır.
azadlıq.info



