Qiyam cəhdi Türkiyəyə 100 milyarda başa gəlib

turkiye-qiyam-plan«Gülhanə»də əməliyyat: 100 hərbçi barədə həbs qərarı verildi

Son olaylarda 70 minə yaxın insan işdən çıxarılıb

Hərbi çevrilişə cəhd Türkiyə iqtisadiyyatına 300 mlrd. lirə (100 mlrd. dollar) ziyan vurub. Bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi məlumat verib. Nazir bildirib ki, böyük ehtimalla bu rəqəm artacaq: “Baş verənlərə görə bir sıra xarici sifarişlərdən imtina olunub. Bütün təyyarələri, helikopterləri, silahları, bombaları və dağıdılmış binaları qiymətləndirsək, ilkin hesablamalara görə, onların dəyəri ən azı 300 milyard lirə edər. Lakin ətraflı hesablamalar aparılanda bu rəqəm arta bilər. Məsələn, xeyli sayda əcnəbi ölkəmizə vizalarını ləğv edib. Təəssüf ki, Türkiyənin üçüncü dünya ölkəsi olması təsəvvürü yaradıldı. Küçələrdə tankları, parlament binasını bombalanmasını görənlər Türkiyəyə gəlməz. Bütün bunlar ortamüddətli perspektivdə itkiləri artıracaq”.

Qiyam cəhdini xüsusi komissiya araşdıracaq

Türkiyə Böyük Millət Məclisi dövlət çevrilişinə cəhdi araşdırmaq üçün xüsusi komissiya yaradıb. Komissiyada hakim partiya ilə yanaşı, Cümhuriyyət Xalq Partiyasının (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri də yer alıblar. Komissiya Konstitusiyaya nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər. On beş nəfərlik tərkibdə yaradılacaq Komissiyanın fəaliyyət müddəti üç ay nəzərdə tutulub.

Baş nazir Binəli Yıldırım vətəndaşlara müraciətində Türkiyə dövlətinin və iqtisadiyyatının çevriliş cəhdindən sonra daha da gücləndiyini deyib. Xalqın demokratiyaya, milli iradəyə sahib çıxdığını deyən baş nazir qeyd edib ki, Türkiyə hüquqi dövlət olduğu üçün dövlət çevrilişinə cəhd göstərənlərin cəzası da hüquq müstəvisində veriləcək.

O qeyd edib ki, çevriliş cəhdi ilə bağlı təhlükə hələ bitmədiyi üçün onun aradan qaldırılması vaxt tələb edir. Həyata keçirilən islahatlar isə ordunun və ölkənin təhlükəsizliyinin daha da güclənməsinə xidmət edir.

Qeyd edək ki, Türkiyədə 9-u general olmaqla, 311 hərbçi axtarışa verilib. Ankarada isə daha 91 əsgər tutulub. Türkiyə Böyük Millət Məclisinə hücum edən hərbçinin də onların arasında olduğu bildirilir. Dövlət çevrilişi cəhdindən sonra 70 minə yaxın vətəndaş işindən uzaqlaşdırılıb.

“Israil Fətullah Gülənə çox şey borcludu”

Nüfuzlu sionist yazar kimi tanınanÿAlon Goşen-Gottsteynÿson məqalələrinin birində Israilin Fətullah Gülənə çox şey borclu olduğunu deyib.

Müəllifin fikrincə, Israil bütün Yaxın Şərq ölkələrinin Gülən hərəkatına qarşı mövqeyindən böyük narahatlıq duymalıdır. Çünki FətullahÿGülən hər zaman sionizmə, yəhudiliyə rəğbət bəsləyib.

Müəllif öz fikrini əsaslandırmaq üçün Israil-Türkiyə münasibətlərinin əsas qırılma nöqtəsi hesab olunanÿ”Mavi Mərmərə” olayını misal göstərib: “FətullahÿGülən Ərdoğanla ən yaxın olduğu dövrdə belə,ÿ”Mavi Mərmərə” gəmisinin Fələstinə göndərilməsinə qarşı çıxıb. Israilin suverenlik haqqını vurğulayaraq Qəzzaya gedəcək yardım kampaniyası üçün Tel-Əvivlə əməkdaşlıq edilməsinin lazım olduğunu bildirmiş və bu mövqeyi ilə Ərdoğanı çox qəzəbləndirmişdi. Əslində iki liderin arasının pozulmasına yol açan ilk hadisə də bu mövqe olmuşdu”.

FətullahÿGülənin ən çətin dövrlərdə belə, Israilin varlığına sahib çıxaraq qətiyyətli mövqe srgilədiyini deynə Goşen-Gottsteynin fikrincə,ÿbu prinsipiallığa görəÿ IsrailÿFətullahÿGülənə çox şey borcludur.

Türkiyədən növbəti ektradisiya tələbi

Türkiyə Fətullah Gülənin ektradisiyası üçün ABŞ-a daha bir sorğu göndərib. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. Nazir bildirib ki, ötən həftə Türkiyə Gülənin ektradisiyası onun hərbi çevrilişə bağlı olduğunu təsdiq edən daha bir sorğu göndərib. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

FETÖ ilə mübarizə çərçivəsində dünən Istanbulda 250 hakim və prokuror həbs edilib. “Milliyet” qəzetinin məlumatına görə, bundan başqa Gülən hərəkatı ilə əlaqədə olan daha 50 hakim və prokuror axtarışa verilib. Məlumata görə, həmin şəxslərin ölkə hüdudlarını tərk etməsi də ehtimal olunur.

Dünən daha bir general istefa verib. Bu, Türkiyə Hərbi Hava Qüvvələrinin raket əleyhinə müdafiə qoşunlarının general-leytnantı Mehmet Şanverdir. Istefanın səbəbləri açıqlanmır. Məlumata görə, Türkiyədə hərbi çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrinin 110 generalı işdən azad edilib.

“Xərçəng kimi yayılmalarının qarşısını alacağıq”

Türkiyədə Telekommunikasiya və Rabitə Idarəsi (TIB) ləğv edilir(report).ÿ Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. ÿOnun sözlərinə görə, dövlət çevrilişi cəhdi Türkiyənin dövlət quruculuğunda təftiş imkanı yaradıb: “Biz TIB-i bağlayacaq və əməkdaşlarını da lazımi qurumlara yerləşdirəcəyik. Çünki bütün pis işlərin görüldüyü yerlərdən biri də həmin qurumdur. Bununla bağlı Informasiya Texnologiyaları və Rabitə Şurası zəruri addımları atacaq. Fətullahçı terror təşkilatının (FETÖ) bir xərçəng toxumu kimi yayılmasının qarşısını alacağıq”.

Qeyd edək ki, Informasiya Texnologiyaları və Rabitə Şurasının tərkibində olan Telekommunikasiya və Rabitə Idarəsi ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif məzmunlu saytlara girişin inzibati qərarla qarşısının alınmasına sahibdir.

Hazırda TIB Türkiyədə girişinə məhdudiyyət qoyulmuş 112 mindən çox saytın 94 faizi ilə bağlı qərarı verən qurumdur. Bu saytlara girişin sadəcə 2,6 faizi məhkəmə qərarı ilə məhdudlaşdırılıb.ÿ

Türkiyənin ən məşhur hərbi xəstəxanası sayılan Ankara Gülhane Hərbi Tibb Akademiyasının (GATA) 100 hərbçisi haqqında həbs-qətimkan tədbiri çıxarılması barədə qərar verilib(lent.az).ÿ FETÖ-yə qarşı keçirilən əməliyyatlar çərçivəsində akademiyanın 100 hərbçi əməkdaşı barədə saxlanma hökmü çıxarılıb. Saxlanılan şəxslər hərbi çevrilişə cəhddə ittiham edilir. Qeyd edək ki, bundan öncə də GATA-nın komandiri, general Gürsəl Öztürk haqqında da FETÖ əməliyyatları çərçivəsində həbs-qətimkan tədbiri seçilmişdi.ÿ

Ankara qiyamı və Maydan olayları…

Almaniya Xarici Işlər Nazirliyi “Facebook” və “Twitter” sosial şəbəkələrində Ankarada baş tutmayan çevrilişi 2014-cü ilin fevral ayında Kiyevdə Istiqlaliyyət meydanında kütləvi etirazlar nəticəsində hakimiyyətin dinc yolla dəyişməsi ilə müqayisə etməyin mümkünsüzlüyünün səbəblərini izah edib. “Nə üçün Türkiyədəki vəziyyət Ukrayna ilə müqayisəedilməzdir?” sərlövhəsi ilə mətnini yerləşdirən istifadəçinin sualına Almaniya XIN-in rəsmi nümayəndəsi “Twitter” səhifəsində cavab olaraq yazıb: “Maydanda zorakılıq eskalasiyasından sonra prezident Yanukoviç böhranın dinc yolla aradan qaldırılması haqqında Fransa, Almaniya və Polşanın vasitəçiliyi ilə tərtib edilmiş memorandumu imzalayıb. Sonra o, fevralın 21-dən 22-nə keçən gecə Kiyevdən qaçıb. Həmçinin nazirlərin çoxu paytaxtı tərk ediblər, nəticədə ölkədə nə işləməyi bacaran hökumət, nə də dövlət başçısı qalıb. Parlamentin spikeri Rıbak istefa verib. Həmin vaxt yeganə konstitusion və demokratik legitim hakimiyyət orqanı olan Ukrayna parlamenti fevralın 22-də yeni prezident seçkiləri keçirməyə dair səs verib və bu seçkini 2014-cü il mayın 25-nə təyin edib”.

Mətnin müəllifləri vurğulayıblar ki, Türkiyədə qiyamçılar hərbi diktatura qurmağı planlaşdırıblar, tankları küçələrə çıxarıblar və öz xalqına aviazərbələr endiriblər. Almaniya XIN-in rəsmi “Facebook” səhifəsində müəllif fikrini yekunlaşdıraraq yazıb: “Gördüyünüz kimi, analogiya axsayır, özü də lap çox”.

Sudan Gülən məktəblərini bağlayır

Sudan hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Fətullah Gülənə bağlı təhsil müəssisələrini bağlamaq haqqında qərar qəbul edib.ÿ

Bunu Türkiyənin Xartumdakı səfir Camaləddin Ayhan ölkəsində baş vermiş sonÿhadisələrin müzakirəsinəÿhəsr olunmuş forumdaÿbildirib.ÿ

“Sudan prezidenti ölkəsində Gülənə bağlı bütün məktəblərin bağlanmasına qərar verib”, – deyə səfir vurğulayıb.ÿ

C.Ayhan deyib ki, rəsmi Ankara yaranmış vəziyyətlə bağlı Xartumun həmrəyliyini qiymətləndirir: “Sudan prezidenti Ömər əl-Bəşir ÿhadisənin ertəsi günü Türkiyə prezidentiÿ Rəcəb Tayyib Ərdoğanaÿ şəxsən zəng vurmuş ÿazsaylı dövlət başçılarından biri idi”.

Son məlumatlara görə, Türkiyədən qaçan Fətullah Gülən tərəfdarlarının böyük bir hissəsi Cənubi Afrika Respublikasına sığınıb. Gülənin də bu ölkəyə sığına biləcəyi deyilir.ÿ Məlumata görə, CAR prezidenti Cakob Zuma ilə yaxın münasibət quran Gülən Yahannesburqda yeni mərkəz qurur. Bir müddət əvvəl Gülənin Misirə sığına biləcəyinə dair də məlumatlar yayılırdı. Misir hökuməti Fətullah Güləndən belə bir müraciət gələrsə, qiymətləndirəcəklərini bəyan edib.