Komissiya yaradıldı, baş nazir ana müxalifətlə görüşlərə başladı
Ərdoğanı öldürmək istəyən 11 hərbçi həbs olundu
Türkiyədə iyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) qiyam cəhdi zamanı Marmarisdə qaldığı oteldə prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərdən 11-i Muğla vilayətinin Ula bölgəsində yaxalanıb. Yaxalanan hərbçilərin adları məlum olub. Bunlar, Enes Yılmaz, Ergün Şahin, Ismail Yiğit, Mehmet Demir, Məhəmməd Burak Ipek, Murat Köse, Şükrü Seymen, Bahadur Sagun, Mehmet Öztürk, Mustafa Serdar Özay və Muammer Gözüböyükdür.
Şirinköy məhəlləsinin bir vətəndaşı tərəfindən hərbçilərin yeri barədə məlumat daxil olduqdan sonra jandarma qrupu xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı jandarma qrupu ilə hərbçilər arasında atışma baş verib, nəticədə hərbçilər təslim olublar.
Hazırda prezidentə sui-qəsd etmək istəyən 12 nəfərlik qrupun sonuncu üzvünün yaxalanması istiqamətində iş aparılır.
Bununla yanaşı, Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı iş üzrə 9-u general olmaqla 311 hərbçi axtarışdadır. Bunu Türkiyənin müdafiə naziri Fikri Işıq bəyan edib. O, inventarda çatışmayan təyyarə və helikopterlərin olmadığını, yalnız mərmi və başqa sursatların itə biləcəyini deyib.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar indiyədək 18 min 756 şəxs nəzarətə götürülüb. Həmin şəxslərdən 10 min 192-si həbs edilib.
Kəşfiyyat sistemində islahatlar olacaq
Türkiyənin milli kəşfiyyat təşkilatlarında bir sıra islahatlar aparılacaq. Bu barədə ölkənin baş naziri Binəli Yıldırıb deyib. Onun sözlərinə görə, islahatlar Türkiyənin kəşfiyyat sisteminin təkmilləşdirilməsinə yönələcək: “Ölkənin kəşfiyyat sistemi üçün hansı modelin tətbiq ediləcəyi barədə danışmaq hələ ki, tezdir”.
Fətullahçı terror təşkilatının dövlət çevrilişi cəhdi ilə əlaqədar kifayət qədər sübutların olduğunu deyən baş nazir bundan sonra atılacaq addımlardan da danışıb. Qeyd edib ki, hərbi xidmət müddətinin və hərbçilərin sayının azaldılması, kəşfiyyat sisteminin təkmilləşdirilməsi və s. məsələlər nəzərdə tutulur.
Binəli Yıldırımın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında da dövlət çevrilişi cəhdindən sonra ölkədəki vəziyyət müzakirə olunub.
Gülənin “kassir”i qaçdı, 51 milyon ələ keçirildi
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra “Gülənçi”lərəÿqarşı başlayan nəhəng əməliyyat davam edir. Əməliyyat çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin polisləri Güləninÿ təhsil və maliyyə sahəsində kassalarını idarə edən Murat Kılıçın obyektlərinə basqın ediblər. Nəticədə pul kuryeri olduğu müəyyən edilən 4 nəfər, çek şəklində 50 milyon türk lirəsi və nağd şəkildə 1 milyon türk lirəsi ələ keçirilib. Murat Kılıçın axtarışları davam edir.
Türkiyədə Konstitusiya dəyişikliyi hazırlığı ÿilə bağlı komissiya yaradılıb(report). ÿMəlumata görə, ölkə müxalifəti də iqtidarın bu addımını dəstəkləyib. ÿMəlumata görə, komissiyada hakimÿ Ədalət və Inkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) yer alacaq. CHP-ni sədr müaviniÿ Bülent Tezcan, MHP-ni isə ÿAfyonkarahisardan seçilmiş millətÿ vəkili Mehmet Parsak ÿtəmsil edəcək. Onlar ölkə ÿKonstitusiyasına nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən ÿhazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.ÿ Komissiyanın ilk toplantısının nə vaxt keçiriləcəyinin hələlik müəyyənləşmədiyi bildirilir.ÿ
“Ərdoğanın oğluna silah çəkdilər…”
Türkiyənin Avropa işləri üzrə keçmiş naziri, 2013-cü ilin dekabrında polis və prokurorluq orqanlarının keçirdiyi rüşvət və korrupsiya əməliyyatında adı keçən Egemen Baxış həmin hadisələrə dair indiyədək heç yerdə yayılmamış məlumatı açıqlayıb.
Egemen Baxış “xaşxaşilər” adlandırdığı Fətullah Gülən tərəfdarlarının həmin həbs əməliyyatları zamanı prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın oğluna silah çəkildiyini deyib.
Keçmiş nazir deyib ki, həmin həbs əməliyyatları Ərdoğana və sadiq tərəfdarlarına qarşı qəsd idi.ÿ “Bu qardaşınız da onlardan biridir. 25 dekabrda Türkiyənin ən yaxşı inşaat layihələrini həyata keçirmiş podratçıları həbsə atdılar. 25 dekabr 2013-cü ildə Rəisin (prezident Ərdoğanın-red.) oğlu Bilal Ərdoğana silah çəkdilər, bilirsinizmi? Bunlar belə şərəfsizdir. Bu xaşxaşilər elə xaindir ki, bizim dünyamızı qaraltdıqları bəs etmirmiş kimi montac, qurama ilə axirətimizi də qaraltmağa çalışdılar. Bu Amerikan köpəkləri bizim dəyərlərimizə əl uzatdı, inancımıza əl atdı, ancaq onların necə inancsız olduqları üzə çıxdı” – Egemen Baxış Istanbulda Ərdoğan tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Xatırladaq ki, Fətullah Gülənin polis və prokurorluq orqanlarındakı tərəfdarları tərəfindən həyata keçirilən həmin rüşvət və korrupsiya əməliyyatında Ərdoğanın oğlunun da həbsinə sanksiya verilmişdi. Lakin Ərdoğan daha cəld tərpənərək fətullahçılara qarşı əks hücuma başladı, Bilalın həbsinə imkan vermədi(virtualaz).
Müxalifət nə deyir?
Dünən Türkiyə baş naziri Binəli Yıldırımla müxalifətdə olan Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı arasında görüş keçirilib. Əvvəlcə CHP-nin qərargahında görüşən B.Yıldırım və K.Kılıçdaroğlu 1 saatdan artıq davam edən müzakirələrin nəticələri barədə mediaya açıqlama veriblər. Tərəflər mövcud konstitusiyada bəzi dəyişiklikləri müzakirə etdiklərini bildiriblər.
Daha sonra Binəli Yıldırım parlament binasında MHP lideri Dövlət Bağçalı ilə bir araya gəlib. Görüşdə konstitusiyaya edilməli olan dəyişikliklər, ölkədəki fövqəladə vəziyyət və dövlətin içində formalaşmış qruplaşmalarla mübarizə məsələləri müzakirə edilib.
Müxalifətin dəyişikliklərə bağlı yekun rəyinin necə olacağı, bu məsələdə tənqidi mövqedən çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə məlum olacaq.
Hələliksə o məlumdur ki, müxalifətin dəyişikliklərə ilkin yanaşması tənqidi olmayıb.
Dünən CHP sədri Kamal Kılıcdaroğlu prezident Rəcəb Tayyib Ərdoğana qarşı bütün məhkəmə iddialarını geri götürüb. Bu barədə Habertürk telekanalı məlumat verib. Bundan əvvəl isə prezident R.T.Ərdoğan ölkənin müxalif siyasi partiyalarının liderlərinə qarşı məhkəmə iddialarını geri götürmüşdü. Bu qərarı o, CHP və MHP sədrləri ilə görüşdən sonra vermişdi. Ərdoğan bildirmişdi ki, onu təhqir edənlərlə bağlı qaldırdığı iddiaların hamısını geri götürür.
Almaniyada Ərdoğana dəstək mitinqi
Almaniyanın Köln şəhərində Ərdoğan tərəfdarlarının izdihamlı aksiyası keçirilib. Köln şəhər hökumət orqanları tərəfindən bəzi məhdudiyyətlərə baxmayaraq, Türkiyənin qanuni hakimiyyətini dəstəkləyən aksiya baş tutub və insidentsiz başa çatıb. Təxminən 2700 polis asayişin qorunması üçün cəlb edilib. Gözlənilirdi ki, PKK terror təşkilatının və erməni təşkilatlarının tərəfdarları təxribat törətməyə çalışacaqlar.
Polisin məlumatına görə, aksiyada 20 minədək türk iştirak edib. Bu ərəfədə Almaniya Federal Konstitusiya Məhkəməsi nümayişin təşkilatçılarına Türkiyə hökumət orqanlarının siyasətini dəstəkləmək məqsədilə Kölndə aksiya zamanı Türkiyə prezidentinin çıxışının birbaşa yayımlanmasını qadağan edib. Sonda Rəcəb Tayyib Ərdoğanın müraciəti tribunadan oxunub.
Türkiyənin Avropa Məsələləri üzrə naziri Ömər Çelik qadağanı sərt tənqid edib. Onun sözlərinə görə, bu qərar söz azadlığına və toplantı keçirmək hüququna qarşı yönəlib.
Qeyd edək ki, avqustun 7-də Istanbulun Yeniqapı rayonunda da izdihamlı demokratiyaya dəstək mitinqi keçiriləcək. Bu mitinqdə silahlı qüvvələrin təmsilçilərinin, sənətçilərin, tanınmış idmançıların iştirakı gözlənilir.
Amerikalı general Türkiyədə səfərdədir
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danford iyulun 31-də Türkiyəyə gəlib. Apa-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Danford Ankarada keçirdiyi görüşlərdən sonraÿ Türkiyənin cənubunda yerləşən “Incirlik” hərbi bazasına baş çəkəcək, ABŞ hərbçiləri ilə görüşəcək. Avqustun 1-də C.Danfordu Türkiyənin baş naziri Binəli Yıldırım qəbul edəcək.
Qeyd edək ki, bu, 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyəyə səfər edən ilk yüksək rütbəli ABŞ rəsmisidir.



