Ermənistanda elektrik enerjisinin qiyməti aşağı salındı

yerevanErmənistanda İctimai Xidmətlərin Tənzimləmə Komissiyası elektrik tariflərinin qiymətini aşağı salıb

Yeni qanun avqustun 1-dən qüvvəyə minib. Qiymətlər aşağıdakı qaydada endirilib: Səhər saat 7:00-dan axşam saat 11:00-a kimi elektrikdən istifadə haqqı 5.3 faiz, gecə elektrik istifadəsi üçün isə 6.7 faiz endirilib.

2016-cı ilin əvvəlində Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın ən nəhəng elektrik şirkəti olan “Taşir qrup” tərəfindən alınıb.

2016-cı il 14 iyul tarixində Tarif (qiymət) Şurasının qərarı ilə Azərbaycanda elektrik enerjisinin qiyməti 17 faiz qaldırılıb.