29.07.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 283,9 milyon ABŞ dolları təşkil edib.
“Marja” xəbər verir ki, bu məbləğ iyun ayının sonu ilə müqayisədə 121 milyon dollar və ya 2,9% azdır. İlin əvvəlindən indiyədək isə 853,8 milyon dollar azalıb.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği manatın məzənnəsinə müdaxilə baxımından əhəmiyyətlidir. Devalvasiyadan əvvəlki və sonrakı günlərdə dollara olan təlabat bu ehtiyatlar hesabına ödənilmişdi. Ehtiyatların azalması arzuolunan hal deyil.
İyulda pul bazası da azalıb. 29.07.2016-cı il tarixinə pul bazası 7 milyard 638,1 milyon manat təşkil edib. Bu məbləğ İyun ayının sonu ilə müqayisədə 51,3 milyon manat azdır.
Maliyyə böhranı başlayandan Mərkəzi Bankın valyuta ehtiyatları tükənməkdədir. Bunun səbəbi hökuməti ciddi-cəhdlə manatın dollara nisbətdə kəskin ucuzlaşmasının qarşısını almağa çalışmasıdır. Lakin ekspertlər bildirir ki, proses bu cür davam edə bilməz: “Çünki bu halda valyuta ehtiyatları tamamilə tükənə bilər ki, bu artıq iqtisadi fəlakətdir.
Hökumət istənilən halda növbəti devalvasiyaya getməlidir. Sadəcə hər devalvasiyadan sonra bahalaşmanın baş verməsi və ölkədə ciddi narazılığın yaranması hökuməti prosesi bir qədər yubatmağa vadar edir. Hazırda manat qıtlığı yaratmaq və iqtisadiyyatı kiçiltməklə manatın kəskin ucuzlaşmasının qarşısını almağa çalışırlar. Lakin bu halda belə manat hər gün cüzi də olsa da ucuzlaşır. Mayın 26-da iyul ayının sonuna qədər dollar təxminən 11-12 qəpik bahalaşıb. Bu proses davam edəcək”, – deyə ekspertlər bildirir.
Valyuta ehtiyatları
Tarix | mln. ABŞ dolları |
29.07.2016 | 4162,9 |
29.06.2016 | 4283,9 |
31.05.2016 | 4284,3 |
29.04.2016 | 4120,6 |
31.03.2016 | 4065.8 |
29.02.2016 | 4026.3 |
29.01.2016 | 4398,5 |
30.12.2015 | 5016,7 |
30.11.2015 | 6245.6 |
30.10.2015 | 6834.6 |
30.09.2015 | 7014.7 |
31.08.2015 | 7315.4 |
31.07.2015 | 8501.5 |
30.06.2015 | 8520.2 |
29.05.2015 | 8430.8 |
30.04.2015 | 8387.9 |
31.03.2015 | 9472.1 |
28.02.2015 | 11004.4 |
31.01.2015 | 12680.8 |
31.12.2014 | 13758.3 |
30.11.2014 | 14996.3 |
31.10.2014 | 15033.6 |
30.09.2014 | 15042.4 |
31.08.2014 | 15190.9 |
31.07.2014 | 15193.4 |
Pul bazası
Tarix | mln. AZN |
29.07.2016 | 7638,1 |
30.06.2016 | 7689,4 |
31.05.2016 | 7641,6 |
29.04.2016 | 6726,1 |
31.03.2016 | 6535.8 |
29.02.2016 | 6388.5 |
29.01.2016 | 5787,4 |
30.12.2015 | 6901,8 |
30.11.2015 | 6730.6 |
30.10.2015 | 7055.9 |
30.09.2015 | 7050.4 |
31.08.2015 | 6352.1 |
31.07.2015 | 7467.5 |
30.06.2015 | 7487.0 |
29.05.2015 | 7597.3 |
30.04.2015 | 7418.6 |
31.03.2015 | 8339.4 |
28.02.2015 | 9109.9 |
31.01.2015 | 10551.0 |
31.12.2014 | 11541.9 |
30.11.2014 | 11519.7 |
31.10.2014 | 11478.0 |
30.09.2014 | 11546.5 |
31.08.2014 | 11743.6 |
31.07.2014 | 11736.5 |
30.06.2014 | 11485.2 |
31.05.2014 | 11272.2 |