Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin əvvəllərində Azərbaycan və Ermənistana səfər edəcək.
Bu barədə Rusiya XIN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşin keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Sergey Lavrov Bakı və Irəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı intensiv müzakirələr aparacaq. Sergey Lavrov aprelin 2-3-də Ermənistana, 3-4-də isə Azərbayancana səfər edəcək. Ölkəmizə səfər zamanı XIN rəhbəri prezident Ilham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Lavrov aprelin 3-də Bakıya gələcək
•


