Yerevanda polis müxalifətin nümayişini dağıdıb.
“İnterfaks”ın verdiyi xəbərə görə, hadisə vaxtı azı 30 nəfər xəsarət alıb, təxminən 50 nəfər isə saxlanılıb.
Bundan sonra Yerevanın küçələri polisin gücləndirilmiş dəstələri ilə mühasirəyə alınıb.
***
Sari Tag rayonunda küçə döyüşləri davam edir. Yanğın onlarla evi əhatəsinə alıb, yaralı axını dayanmaq bilmir.
Son məlumatlara görə, yaralılar arasında jurnalistlər də var.
***
Yerevan xəstəxanalarına çoxlu sayda yaralılar gətirilir.
Nork rayonundakı xəstəxanaya da onlarla yaralı gətirilib. Onların gözləri ovulub, əlləri və ayaqları qançır olub, bədənlərində yanıq izləri var.
**
Ələ keçirilmiş polis alayının arxa hissəsində yerləşən Sari Tax rayonunda döyüş gedir, evlər yanır, yaralıların sayı artıq onlarla hesablanır.
Eyni zamanda, qiyamçılar arasında da çoxlu yaralının olduğu bildirilir. Bu isə belə düşünməyə əsas verir ki, polis qiyamçılara doğrudan da hücum edib. .



Nümayişçilərlə polis arasındakı qarşıdurma yerinə bir neçə yanğınsöndürmə maşını gətirilib və dərhal onlara polislər sırasından gözətçilər ayrılıb.
Polis alayının zəbt olunmuş ərazisinə bir neçə təcili yardım maşınının yan aldığı da diqqətdən yayınmayıb.



Yerevanda qiyamçıların ələ keçirdiyi polis şöbəsi ətrafında döyüşlər davam edir. Polislərdən də yaralananlar var.




Polis nümayişçilərə qarşı hücuma başlayıb. Kütləvi həbslər gedir.
Son məlumatlara görə, 70 nümayişçi saxlanılıb.
***
Etirazçı izdiham arasında mülki geyimli polislər də olub. Onlar qəfildən paltarlarının altında gizlətdikləri dəyənəkləri çıxararaq etirazçıları döyməyə başlayıblar.
Amma polisə bu da kömək etməyib və onlar köməyə xüsusi təyinatlıları çağırıblar.
Yerevanın polis rəisi dağılışmaq üçün etirazçılara 5 dəqiqə vaxt verib. Buna cavab olaraq, Zarui Postancyan onlara analoji təklif verib.
Bütün bu müddət ərzində ərazidə atəş səsləri dayanmayıb.
https://www.youtube.com/watch?v=TwDYj5fe33I


Etirazçılar Xorenatsi küçəsinə sıxılmış polisi faktiki olaraq mühasirəyə alıb.
Hakimiyyət qüvvələrinə, bir neçə gün əvvəl üsyançıların girov götürdükləri Yerevan polisi rəisinin müavini, polkovnik Osipyan rəhbərlik edir.
Son məlumatlara görə, polis nümayişçilərə rezin güllə və səs qumbaraları ilə atəş açıb. Yaralılar var.
***
Polis Xorenatsi küçəsinə tələsik daha dörd avtobus çıxardı.
Üsyançılar tərəfindən ələ keçirilən polis bölməsinə hücum başlanacağı barədə xəbərlər gəlir. Döyüş gedir.
***
Polislə etirazçılar arasında toqquşma yaşandığı yerdə silah səsləri eşidilir.
Bundan başqa daha üç partlayış eşidildi. Böyük ehtimalla səs qumbaraları partladılıb.
Polis öz səddini ön hissədən çıxardı və nümayişçilərin arxa tərəfdən irəliləmək istədiyi yerdə yerləşdirdi.
***
Polisin yaydığı məlumata görə, silahlı qrupun tutduğu binadan atəş açılıb. Araik Xandonyanın qrupunun daha iki üzvü yaralanıb. Yaralananlar Artur Melkonyan və Armen Labbaryandır.
***
İrəvanda atəş səsləri eşidilir. Bu barədə “Təsisedici parlament” adlı qurum məlumat yayıb.
Qurumun mətbuat katibi Süzan Simonyan sosial şəbəkədə paylaşdığı məlumata əsasən, Sari taxa adlı yerdə atəş səsləri eşidilir. O həmçinin polis şöbəsini nəzarətdə saxlayan “Sasna çrer” silahlı qruplaşmasının üzvü, “yalquzaq” ləqəbi ilə tanınan Araik Xandoyanın ayağından yaralandığını bildirib. Ona snayper tərəfindən atəş açılıb.
Polis idarəsini tutan dəstənin üzvü Varujan Avetisyan isə vəziyyətin belə davam edəcəyi təqdirdə özlərini müdafiə etmək məqdəsilə silah istifadə edəcəklərini deyib.





azadlıq.info




