Dağlıq Qarabağa keçən il 11 min turist gəlib

Regnum agentliyinin məlumatına görə, tanınmamış Dağlıq Qarabağ respublikasının ərazisini keçən il 11362 turist ziyarət edib. 2010-cu ilin rəqəmləri ilə müqayisədə bu 3000 nəfər çoxdur. 2011-ci ildə Qarabağ ərazisinə turist kimi gələnlər arasında ABŞ, Rusiya, Fransa, İran, Kanada, Almaniya, Ukrayna, Malaziya, Banqladeş, Kamboca, Qabon, Keniya Fildişi sahili, CAR, Kuba kimi ölkələrin vətəndaşları var. Erməni tərəfi Dağlıq Qarabağı artıq ən cəlbedici turistik mərkəzlərindən biri kimi dünyaya tanıdır. Turistlər ən çox Amaras, Dadivank monastrlarını və Füzuli rayonunun işğal altında olan ərazisində yerləşən Azıx mağarasını ziyarət edirlər. 
Seperatçı Dağlıq Qarabağ respublikasını heç bir dünya dövləti rəsmən tanımasa da, dünyada turizm mərkəzi kimi tanıdılması işi aparılır. Azərbaycan tərəfi isə hələ də danışıqlara ümid edir. 
 
azadliq.info