ulduz fali

BÜRCLƏR – 27.07.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Anlaşılmazlıqlar yaxınlarınızla münasibətlərinizi korlayır. Situasiyanı yumorla düzəltməyə cəhd göstərməyin. Yaxşı olar ki, yaşlı qohumlarınızın məsləhətlərinə qulaq asasınız.

BUĞA

Maddi durumunuz yaxşılaşacaq. Bizneslə məşğul olanların yeni bazarlara çıxmaq şansı olacaq. Bürcün nümayəndələrinin gün boyu əhvalı yaxşı olacaq.

ƏKİZLƏR

Gün bütün sahələrdə sizə böyük uğur vəd edir. Işiniz çox olsa da, əyləncəyə də vaxtınız qalacaq. Bu gün qeyri-adi romantik görüş üçün əlverişlidir.

XƏƏNG

Çətin gündür. Bu gün sizi asanlıqla ruhdan salmaq olar. Əhval-ruhiyyəniz aşağı olacaq. Həmkarlarınızla ciddi münaqişələr mümkündür. Səhhətinizə, yediklərinizə qarşı diqqətli olun.

ŞİR

Bu gün təşəbbüs irəli sürəndə ehtiyatlı olun. Işgüzar həyatdan fərqli olaraq şəxsi həyatınızda işlər qismən qaydasındadır. Yaxşı ki, neqativ emosiyalarınızı cilovlaya və nisbi sakitliyi qoruya biləcəksiniz.

QIZ

Gündəlik işlərlə məşğul olacaqsınız. Gün ailə-məət problemlərinin həlli, valideyn və ya qohumlarla ünsiyyətdə olmaq üçün münasibdir. Alış-veriş edərkən böyük məbləğ xərcləməyin.

TƏRƏ

Heç gözləmədiyiniz zamanda sizə yardım olunacaq. Ətrafdakıların səmimiyyətinə şübhə etməyin. Çoxdankı arzularınızı həyata keçirmək üçün yalnız bir qədər əmək sərf etmək lazımdır.

ƏQRƏB

Işgüzar danışıqlar üçün münasib gündür. Ətrafdakıların səhvlərinə kəskin reaksiya verirsiniz. Belə davranarkən öz səhvlərinizi unutmayın.

OXATAN

Güclü intuisiyaya sahibsiniz. Professional sferada qarşınıza çıxan əngəlləri dəf edəcəksiniz. Gözlənilməz sevgi etirafı da istisna deyil.

OĞLAQ

Təhsildə sizi uğurlar gözləyir. Günün ikinci yarısı diqqət tələb edən işlər üçün elverişlidir. Bu gün ideyalarınızı reallaşdırmaq üçün sizə kömək edəcək insanlar tapılacaq.

DOLÇA

Işlə bağlı maraqlı ideyalarınız olacaq. Yaxınlarla münasibətiniz yaxşı olacaq. Gün gəzintiyə çıxmaq, qonaq getmək üçün əlverişlidir.

BALIQLAR

Günün əhəmiyyətli hissəsini sizin üçün maraqsız olan işə sərf edəcəksiniz. Bu gün ətrafdakılara qarşı aqressiv olacaqsınız. Bu da situasiyanı gərginləşdirir.