Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib (APA).
Məlumata görə, İsmayıllı-Ağsu aşırımı yolunda baş verən sürüşmə ilə əlaqədar həmin ərazidə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub. Sürücülərdən yaranmış təhlükəni nəzərə alaraq Muğanlı-İsmayıllı və Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsindən istifadə etmələri xahiş olunur. Hazırda sözügedən ərazidə müvafiq qurumlar tərəfindən iş aparılır


