“Hizbullah”ın Təbriz rəhbəri Əliyevə hədə məktubu yazdı

İranda fəaliyyət göstərən “Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsinin rəhbəri, axund Ruhullah Becani Azərbaycan prezidentinə açıq məktubla müraciət edib.

APA xəbər verir ki, məktub İranın “Əmmariyun” adlı saytında yerləşdirilib. Becani məktubunda növbəti dəfə Azərbaycanın Təbrizdəki baş konsulluğunu bağlayacağı ilə hədələyib: “Əgər Bakıda gey-parad keçirilərsə, Allaha and olsun ki, dövlətimin mövqeyini nəzərə almadan müqəddəs islam şəriətinə uyğun olaraq konsulluğu bağlayıb Azərbaycan İslam Partiyasının ofisinə çevirəcəyəm. Bu yolda heç bir prezidenti, hətta İran prezidenti Mahmud Əhmədinejadı da dinləməyəcəm. Bu, son xəbərdarlıqdır. Ölkəmin rəhbərləri də bu məktubu oxusunlar və bilsinlər ki, mənim kimsə ilə zarafatım yoxdur. Allaha and olsun ki, bu yolda qanımın tökülməsinə hazıram. Hər bir reaksiyaya dözəsi olsam da, konsulluğu bağlayacağam”.