Papa 16-cı Benedikt: “Marksizmdən imtina edin”

Katolik dünyasının lideri Roma Papası 16-cı Benedikt Kuba və Meksikaya edəcəyi səfərdən əvvəl Kubanı marksizmdən imtina etməyə çağırıb. Kubanı gələcəyə aparacaq “yeni model” üçün katolik kilsəsinin kömək edəcəyini bildirib. İtaliyanın paytaxtı Romada hava limanında mətbuata müsahibə verən 16-cı Benedikt deyib: “Yeni model səbr və kostruktiv bir yolla axtrılmalıdır. Biz kömək etməyə hazırıq.”
3 günlük Meksika səfərindən sonra Kubaya gedəcək Papa adada vicdan və din azadlığı üçün də çağırışlar edəcək. Raul Kastronun dövlət başçısı olduğu Kubada Papanın siyasi rejimi hədəf alacaq bəyanatlar səsləndirməsi gözlənilmir.

azadliq.info