“Azadlıq”ın növbəti sayı sabah satışda

“Azadlıq” qəzeti Novruz bayramı ilə əlaqədar bayram günlərinin davam etməsinə baxmayaraq, martın 23-də işini bərpa edib. Kollektiv 3 günlük bayram tətili ilə kifayətlənərək işə çıxıb və redaksiya materiallarının hazırlanması ilə məşğuldur. Beləliklə, “Azadlıq” qəzetinin növbəti sayı martın 24-də satışda olacaq.