“Qəbələ” Avroliqanın üçüncü mərhələsində, “Neftçi” mübarizəni dayandırdı

qebele futbol

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Azərbaycanın digər təmsilçisi “Neftçi” bu gün növbəti görüşünü keçirib.

“Ağ-qaralar” Makedoniyada “Şkendiya”nın qonağı olacaq. Bakıda rəqibi ilə 0:0 bərabərə qalan “Neftçi”  cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Qol: Besart İbraimi, 31 (1:0)

İlk oyun – 0:0

***

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir. Turnirdəki digər təmsilçimiz “Qəbələ” klubu bu gün növbəti matçını keçirib.  Qəbələ təmsilçisi evdə Macarıstanın MTK klubunu sınağa çəkib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun komandası bu görüşdə də 2:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.  Qeyd edək ki, “Qəbələ” III təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq.

Qollar: Sergey Zenyov, 7 (1:0), Teo Uiks, 37 (2:0)
İlk oyun – 2:1