Ölkə başçısı İlham Əliyev Azərbaycan və Türkiyə hökumətləri arasında Bakıdakı “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. Protokol 2016-cı il iyunun 3-də Bakıda imzalanıb.
Fərmanla Müdafiə Nazirliyinə protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.



