Dünya birliyi referendumu necə qarşılayacaq?

mehman-aliyev-yeniMehman Əliyev: «Burada motivləri başa düşmək lazımdır, Ilham Əliyev bu addımları niyə atır»

Ölkə başçısı Ilham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə rəy verməlidir.

Layihədəÿ diqqət çəkən dəyişikliklər prezidentlik müddətinin 5 ildən 7 iləÿ qaldırılması, vitse-prezidentlik institutunun yaradılması, prezidentə ÿMilli Məclisi buraxmaq, növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verilməsi, prezidentlikÿ və deputatlıq üçünÿ yaş məhdudiyyətinin götürülməsidir.

Bütün dünya Azərbaycan hakimiyyətindən demokratik seçki, siyasi islahatlar gözlədiyi bir zamanda iqtidar qanunları daha da mürtəceləşdirir.

Dünya birliyi bu qərara necə münasibət bəsləyəcək? Hakimiyyətin bu addımı hansı səbəblərdən irəli gəlir?

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, beynəlxalq aləmin buna necə reaksiya verəcəyini indidən söyləmək çətindir. Oxşar dəyişikliklərin Nazarbayev tərəfindən Qazaxıstanda həyata keçirildiyini xatırladan M.Əliyev qeyd etdi ki, dünya birliyi baş verənlərlə bağlı narahatlıq ifadə etdi: “Amma fakt odur ki, Ilham Əliyev 2003-cü ildən bu günə kimi səlahiyyətlərini gücləndirir. Sonuncu 2009-cu ilin referendumu da səlahiyyətlərin genişlənməsinə yönəlmişdi. Hazırda biz bu prosesin davamını yaşayırıq. Parlamentin səlahiyyətlərinin məhdudlaşdırılmasına gəlincə, Milli Məclis Prezident Aparatının bir əlavəsinə çevrilmişdi. Onun səlahiyyətləri yalnız kağız üzərindədir. Sadəcə olaraq burada motivləri başa düşmək lazımdır. Ilham Əliyev bu addımı niyə atır? Ilham Əliyev nədən narahatdır? Nəyə görə hazırkı dönəmdə o hökumətini gücləndirmək qərarına düşüb?.

M.Əliyev hesab edir ki, bir neçə ay sonra hakimiyyətin təqdimatından bütün səbəblər aydın olacaq. “Dünya ictimaiyyətinin bu məsələlərədə təsiri və iştirakı o qədər də güclü deyil. Indiyə qədər media və bir sıra başqa qanunlar sərtləşdirilib. Bu addımların son olaraq nəyə yönəldiyini bir neçə ayın içində şahidi olacağıq”.

Xəyal