“Əl-Cəzirə” kanalı Bəşər Əsədin müxalifətlə mübarizəsini əks etdirən plan ələ keçirib. Kanalın məlumatına görə plan Suriya xüsusi təhlükəsizlik qüvvələrinin hökümət əleyhinə aksiyaların yatırılma strategiyasını ehtiva edir. 1400 səhifəlik planda etirazçıların Dəməşqə girməsinə əsla yol verilməməsi, İdlib və Aleppo şəhərlərində etirazların yatırılması təlimatları göstərilib. Bir sənəddə Bəşər Əsədin Alepppo şəhərində öz tərəfdarlarına birbaşa maliyyə yardımı etməsinin sübutları var. “Əl-Cəzirə” sənədləri yaxın vaxtlaradək hökümətdə işləyən, daha sonra Türkiyəyə qaçan Abdel Məcid Bərəkət vasitəsilə əldə etdiyini bildirir. Onun sözlərinə görə hər axşam 19:00-da Suriyanın təhlükəsizlik xidmətlərinin başçıları yığışaraq ölkədəki vəziyyəti müzakirə edir və yeni əmrlər hazırlayırlar.
azadliq.info


