Cümə günü Təbriz məscidində xütbə oxuyan Şərqi Azərbaycan Üləmalar Şurasının üzvü ayətullah Möctahed Şəbistari Azərbaycan hökümətinin ünvanına sərt ittihamlar səsləndirib. “Dünya İslam dalğası ilə toqquşarkən, qonşu Azərbaycan hakimiyyəti İslamın məhv edilməsi üçün bütün vasitələrdən istifadə edir. Ölkə əhalisinə qarşı qəbul edilməz hərəkətlərə yol verən Azərbaycan höküməti Qəzzafi və Mübarəkin aqibətindən dərs götürməlidir.” Məlumatı salamtabriz.com saytı yayıb.
azadliq.info


