Açıqlamada deyilir ki, mitinqdə iki minə yaxın adam iştirak edib: “Rəsmi çıxışlardan sonra gənclər üçün konsert keçirilib. Konsert zamanı xoşagəlməz hallar baş verib. Belə ki, mitinq iştirakçılarından biri musiqiçinin uyğun olmayan ifadələrinə sərt reaksiya verib. Bununla əlaqədar təşkilatçılar mitinqin sona çatdığını elan edib. Naməlum şəxslər tribunaya qalxaraq musiqiçiyə fiziki zorla müdaxilə edib, qarşıdurma yaradıb.
Polis əməkdaşlarının döyərək saxladığı musiqiçilər Camal Əli və Natiq Kamilov, həmçinin Etibar Salmanlı “NİDA” Vətəndaş Hərəkatının üzvü Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinə aparılıb. Qeyd edək ki, Natiq Kamilov və Etibar Salmanlı Camal Əlini önu döyən şəxslərdən ayırmağa çalışıb.
Gənclərin Hüquqlarını Müdafiə Komitəsi xoşagəlməz hallara görə mitinq iştirakçılarından üzr istəyir və polisin mitinq iştirakçılarının təhlükəsizliyini təmin etməməsini pisləyir. Baş vermiş hallara baxmayaraq mitinq uğurlu, baş tutmuş hesab edilir”.


