QOÇ
Cəsarətli plan və orijinal ideyalarınız olacaq. Qısa müddətdə müttəfiq tapmaqla onlardan bir qismini reallaşdıra biləcəksiniz. Dostluq və romantik münasibətlər baxımından gün uğurludur. Səhhətinizə də diqqət yetirin.
BUĞA
Uğursuz gündür. Uğursuzluğa səbəb isə səhvləriniz olacaq. Ailədə fikir ayrılığı özünü biruzə verəcək, yaxud da dostlarla mübahisə olacaq. Siz ilk gördüyünüz adamda qarşılıqlı anlaşma axtarırsınız, bu da yaxşı heç nə vəd etmir. Bu gün texniki vəsaitə qəti pul xərcləməyin, çünki tez sınacaq.
ƏKIZLƏR
Bu gün təhlükəli situasiyadan çıxmaqda çətinlik çəkəcəksiniz. Yalnız bəzi “Əkizlər” bu gün macərasız yaşayacaq. Ehtimal ki, uğursuz alış-veriş edəcəksiniz. Daşınmaz əmlakla bağlı məsələləri bu günlük kənara qoyun.
XƏRÇƏNG
Sizin çoxlu sayda həll ediləsi problemləriniz var. Yaxşı olar ki, bu gün özünüzü onlara həsr edəsiniz. Qiymətli hədiyyə, yaxud da gəlir gözlənilir. Qadınlarla söhbət üçün axşam saatları ideal vaxtdır.
ŞIR
Məhsuldar gündür. Müasir ideyanızı bu gün asanlıqla reallaşdıra bilərsiniz. Ideyalarına rəğbət göstərdiyiniz adamla görüş təyin edə bilərsiniz. Ehtimal ki, gəliriniz olacaq və siz də faydalı alış-veriş edəcəksiniz.
QIZ
Uğursuz gündür. Çox yaxşı münasibətləriniz olan adamla aranızda problemlər yaranacaq. Siz istənilən xəbərdarlığa qarşı həssaslıq göstərirsiniz. Hətta ən adi irad belə, sizə pis təsir edir. Qənaətcil olun.
TƏRƏZI
Enerjilisiniz, bu da tapşırıqların öhdəsindən gəlməyə yardımçı olur. Yaxşı olar ki, qabaqcadan qurduğunuz plan üzrə hərəkət edəsiniz. Improvizə etməyin, uğursuz olacaq. Gözlənilməz sevgi etirafı sizi çətin vəziyyətə salacaq.
ƏQRƏB
Çətin işləri həyata keçirmək üçün məhsuldar gündür. Bu gün heç kim sizinlə mübahisə etməyəcək. Xüsusi bacarığınızla hamını heyrətləndirəcəksiniz. Qonaq qəbulu üçün əlverişli gündür.
OXATAN
Maraqlı təkliflər alacaqsınız. Ulduzlar onlara rədd cavabı vermək üçün bir səbəb görmür. Ehtimal ki, uğurlu təsadüfdən səmərəli istifadə edəcəksiniz. Günün ən pis tərəfi pulla bağlıdır.
OĞLAQ
Səhər günün emosional mənzərəsi sabit olmayacaq. Bu səbəbdən də əhvalınız dəyişkən olacaq. Ailə üzvlərilə aranızda ciddi fikir ayrılığı yaranacaq. Günün ikinci yarısı daha məhsuldar olacaq. Əhvalınız yaxşılaşacaq.
DOLÇA
Gün nikbinlik, özünə inam və yaxşı əhval-ruhiyyə bəxş edəcək. Şübhəli görünən işlərdə iştirak etməyin. Ehtimal ki, itkiniz olacaq. Yaxşı olar ki, sizin barənizdə söz-söhbətin olmasına şərait yaratmayasınız. Yaxın qohumlardan birilə aranızda mübahisə yaşanacaq. Sülhü bərqərar edəcəksiniz, amma fəsadlar qalacaq.
BALIQLAR
Nəhayət ki, pozitiv tendensiyalar qayıtdı. Işlərin öhdəsindən gələcəksiniz. Bu gün riskə də getmək olar, bu baxımdan bəxtiniz gətirəcək. Gün yeni tanışlıq üçün də yararlıdır. Çoxdan görmədiyiniz adamla görüşəcəyiniz ehtimal olunur.

Günün ulduz falı (18.03.12)
•