Türkiyədəki çevriliş cəhdi niyə uğursuz oldu? 5 səbəb

turkiye-darbe1İlk dəfə deyil ki, Türkiyədə daxili qoşunlar siyasətə qarışıb. Son 50 il ərzində onlar artıq bir neçə dəfə ölkəni ələ alıb, 2 dəfə hakimiyyət dəyişikliyinə nail olub.

Bu dəfə onlar niyə uğursuz oldu? Tarixi Təhlil və Münaqişə Araşdırmaları Mərkəzindən Ziya Meral vəziyyəti belə dəyərləndirir:

1. Xalq onları dəstəkləmədi

Keçmişdə baş verən dövlət çevrilişləri medianın kampaniyalarından və çevriliş tələb edən kütləvi etirazlardan sonra uğurla nəticələnmişdi.

Bu dəfə belə olmadı və hətta hökumətin ən sərt tənqidçiləri belə çevrilişə qarşı çıxdı.

2. Kifayət qədər əsgər yox idi

Əsas müəssisələri ələ keçirmək və küçələrə nəzarət etmək üçün çoxlu adam lazımdır.

Bu səfər sui-qəsdçilərin sayı buna heç yaxın da deyildi – silahlı qüvvələrin digər hissələri onların əməllərini təndiq etdi.

3. Bürokratik dəstək olmadı

Fiziki olaraq dövlət binasını ələ keçirsən də, bu o demək deyil ki, dövləti ələ keçirmisən. Bunun üçün məhkəmə və məmurlar da səni dəstəkləməlidir.

Bunun qarşısını almaq üçün hakimiyyət minlərlə hakimi işdən kənarlaşdırıb.

4. Beynəlxalq dəstək olmadı

Bütün müttəfiqlər və böyük ölkələr çox qısa bir müddətdə demokratik şəkildə seçilmiş hökuməti dəstəklədi.

5. Ziddiyyət

Bəlkə də bu cəhdin iflasa uğramasının əsas səbəbi o idi ki, sui-qəsdçilər demokratiyanı bərpa edəcəklərini iddia edə-edə parlamentə hücum edirdilər.

bbc azərbaycanca