Türkiyədə hərbi çevriliş cəhdinə etiraz olaraq iyulun 16-da bir sıra şəhərlərdə minlərlə insan meydanlara toplaşıb. Ankara, İstanbul və İzmir başda olmaqla ölkənin müxtəlif şəhərlərində insanlar küçə və meydanlara axın edərək çevriliş niyyətinə qarşı şüarlar səsləndirib, demokratiyanın keçiyində durduqlarını bəyan ediblər.






















