3 rayonun prokuroru dəyişdi

Baş Prokurorluq kadr dəyişikliyi edilib

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin rəisi Zakir Saatov, Astara rayon prokuroru Əlixan Əliyev və Kürdəmir rayon prokuroru Nurəddin Qasımov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilib. Onlar müvafiq olaraq Astara, Kürdəmir və Samux rayon prokuroru vəzifələrinə təyin edilib.

Fəxri Ələsgərov isə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilib.