Ukrayna millisinin keçmiş forvardı Andrey Şevçenko millinin baş məşqçisi təyin edilib. Bunu Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko iyulun 15-də elan edib. O bu vəzifədə Mixaylo Fomenkonu əvəz edib. 39 yaşlı Şevçenko 1995-2012-ci illərdə Ukrayna millisində keçirdiyi 111 görüşdə 48 qolla rekord vurub. O peşəkar karyerasına 1994-cü ildə “Dinamo Kiyev” klubundanbaşlayıb. Şevçenko həmçinin İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında oynayıb.

Andrey Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu
•
•


